Bakı İstintaq Təcridxanasında BİTDƏN XƏSTƏLİK yayılıb?
Bu gün sosial şəbəkələrdə Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında (BİT) bitdən xəstəlik yayılması barədə məlumatlar yayılıb.
Lent.az-ın məlumatına görə, bu barədə yazan həkim Aydın Əliyev bitlərin müxtəlif xəstəliklərin yoluxdurucusu olduğunu da qeyd edib.
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətdən isə bildirilib ki, təcridxanada bit xəstəliyi yayılması haqda deyilənlər həqiqəti əks etdirmir: "Qeyd edilənlər həqiqəti əks etdirmir, bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır.
Bakı İstintaq Təcridxanasında (BİT) qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur.
Həbs edilmiş şəxslərə həftədə 1 dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır.
Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Baxılıb: 527 Tarix: 09 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
Bakıda qonşular arasında dava zamanı bir nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd olunub ki, əməli törətməkdə şübhəli bilinən Vüsal Məhəmmədli saxlanılıb. "Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafi
20 mayBu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
Bu gündən saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidməti məlumat verib. Bildirilib ki, Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar ərazid
20 mayUşaq fotosu paylaşır, "xəstədir" deyib PUL YIĞIR - VİDEO
Hazırda bəlkə də hər 10 nəfər sosial şəbəkə istifadəçisinə uşağım xəstədir, əməliyyat pulu lazımdır, bank hesabına pul göndərin kimi ismarıclar göndərilir. Eyni zamanda elanlar bəzi internet səhifələrində paylaşılır. Məsələ ondadır ki, belələrinin əksəriyyəti fırıldaqçılardır. Onlar insanların həssaslığında
17 mayAvtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib. -ın məlumatına görə, Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var. Orxan Həsənov bildirib ki
18 mayTehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı
Tehran Birjası fəaliyyətini dayandırıb. Bu barədə birjanın Direktorlar Şurasının üzvü Reza Eyvazlu məlumat verib. Məlumata görə, Tehran Birjası İran Prezident İbrahim Rəisinin vəfatı barədə məlumat yayıldıqdan sonra fəaliyyətini dayandırmaq qərarına gəlib. "Birja bu gün və rəsmi bildiriş gələn
20 mayEv alanlara ƏDV-nin qaytarılması ilə bağlı XƏBƏRDARLIQ -VİDEO
2022-ci ilin noyabrın 21-dən bu il mayın 1-ə qədər daşınmaz əmlaka görə ƏDV-nin bir qismini geri almağa görə 15 mindən çox vətəndaş müraciət edib. Onların bir qismi isə imtina cavabı alıb. İmtinaya səbəb olan hallar arasında ödənişin düzgün aparılmamasıda var. Bəzi vətəndaşlar ev alarkən ilkin ödəni
20 may