İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib

İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilibİkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım edilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda aparılan uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsidir.

Bildirilib ki, Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğısı nəticəsində həmin kateqoriyaya aid vətəndaşların sosial müdafiəsi sahəsində tədbirlər ildən-ilə daha da gücləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı həyata keçirilib. Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ilə təmin olunurlar və ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb.

Xüsusilə son beş ildə ardıcıl sosial islahatlar aparılmaqla, müavinət və təqaüd ödənişlərinin 5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə artmasına nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyinatı zamanı pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

Dövlət başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə günü ərəfəsində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamlar imzalanır.

Bu il də 2 may 2024-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncam ümumilikdə 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları Sərəncamda qeyd edilən digər kateqoriyalara aid şəxslərdir. Həmin birdəfəlik maddi yardımın məbləği də ötən dövrdə dəfələrlə artırılıb.

İkinci Dünya müharibəsi iştirakçılarının, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri də aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 527   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?

İbrahim Rəisinin ölüm xəbəri təsdiqlənərsə, onun yerinə kimin keçəcəyi məlum olub. Bu halda İranın birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində İranın prezidenti olacaq. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrində

19 may
.

Sosial mediada yayılan DƏLƏDUZLUQ: "Kartda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir" - Ekspertdən ÇAĞIRIŞ

Son günlərdə Bakı və bölgələrdə onlayn dələduzluq hallarının sayı artıb. Ötən həftə ayrı-ayrı vətəndaşların işə düzəltmək, maşınını satmaq adı ilə minlərlə manatı ələ keçirilib. İşə düzəlmək və maşınını satmaq istəyən vətəndaşlar bank kartlarının 16 rəqəmini tanımadığı adamlara verərək pullarını itiriblər

20 may
.

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzud

19 may
.

Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. İRNA prezidenti daşıyan helikopterin Şərqi Azərbaycan əyalətinin Brazin kəndi ilə Ərdəşiri arasındakı mərkəzi Dizmar meşəsində qəzaya uğrayıb. Helikopterdə Prezident İbrahim Rəisi ilə birgə Təbrizin cümə imamı Höccətülisla

19 may
.

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi evin tikintisi nəzərdə tutulub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə bu gün Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlinin qoyulması mərasimində məlumat verilib. Bildirili

18 may
.

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR: Vətəndaşlar təzminat ALA BİLƏR? - AÇIQLAMA

Bu gün bəzi bələdiyyələrin vətəndaşları aldadaraq qanunsuz torpaqların satılması halları mövcuddur. Həmin bələdiyyə sədrləri öz balansında olan torpaqlara əl atırlar. Bununla kifayətlənmir və "Ehtiyat Fondu"nda olan torpaqları belə vətəndaşlara satırlar. Beləliklə vətəndaş aldadılır və qanunsu

20 may
.

İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək

İraqın Baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələr

19 may
.

Zaur Nudirəliyevin həyat yoldaşı Nərimanov bələdiyyəsində işlə təmin edilib

"Nərimanov bələdiyyəsində şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Sədrin sözlərinə görə, bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin tövsiyəsi ilə Vətən Müharibəs

20 may
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Məlumata görə, hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb. Bildirilib ki, prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətulla

19 may