Ölməzdən əvvəl insanların gözünə nələr görünür? - Bir həkimin karyerasını dəyişdirən an

Ölməzdən əvvəl insanların gözünə nələr görünür? - Bir həkimin karyerasını dəyişdirən anAmerikalı həkim Kristofer Kerr ölmək üzrə olan insanların yaşadıqlarını araşdırıb.

Ölkə.Az "BBC"yə istinadla xəbər verir ki, o, karyerasını dəyişən andan danışıb və diqqətçəkən açıqlamalar verib.

70 yaşındakı xəstəsi Meri ölməzdən əvvəl xəstəxanada yatdığı zaman qəribə davranmağa başlayıb. Sanki iməkləyən uşağa uzanan formada yatağında oturub və Denni adlı uşağın adını sayıqlayaraq onu öpürmüş kimi davranıb. Uşaqları isə analarının bu hərəkətinə məna verə bilməyib, çünki Denni adlı heç kimi tanımırdılar.

Ancaq ertəsi gün bacısı xəstəxanaya gələrək Merinin Denni adlı körpəsisinin ölü doğulduğunu və onun üçün çox ağır olduğuna görə, heç vaxt bu barədə danışmadığını bildirib.

Kardiologiya üzrə ixtisaslaşan və neyrobiologiya üzrə doktorluq dərəcəsinə malik Kerr özünü ölmək üzrə olan insanların təcrübələrini tədqiq etməyə həsr edib.

İndi o, ölməkdə olan insanların gördükləri və yuxuları üzrə dünyanın barmaqla sayılan ekspertlərindən biridir.

Kerr deyir ki, bu təcrübə ölümdən həftələr əvvəl başlayır və ölüm yaxınlaşdıqca tezliyi artır.

Onun sözlərinə görə, xəstələr həyatlarının mühüm anlarını yenidən yaşaya, illər əvvəl ölmüş valideynləri, uşaqları və heyvanları ilə danışa bilərlər.

Mütəxəssis hesab edir ki, bu təsəvvürlər olduqca realdır və dərin hislər yaradır, xəstələrin rahatlıq tapmasına kömək edir:

"Bu münasibətlərin xatirəsi çox mənalı və təsəlliverici bir şəkildə geri qayıdır, yaşadıqları həyatı qiymətli edir və ölüm qorxusunu azaldır".
Kerr deyir ki, xəstələr belə anda çaşqın olmur, onların fiziki sağlamlıqları pisləşsə də, emosional və mənəvi cəhətdən şüurlu olurlar.

Ancaq bəzi həkimlər bu vəziyyəti halüsinasiyalar və ya qarışıqlıq kimi təsvir edir və daha çox elmi araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Kerrin sözlərinə görə, bu təcrübələrin səbəbi çox önəmli deyil, xəstələrin keçdiyi proses önəmlidir.

Amerikalı həkimin apardığı araşdırmaya görə, insanların 88%-i bu təcrübələrdən ən azı birini yaşayıb.

Xəstələrin üçdə biri özlərini səyahətdə görür, itirdikləri insanlarla yenidən əlaqə qururlar.
Yuxularında gördükləri insanlar daha çox həyatları boyu onlara dəstək olmuş, sevmiş insanlardır.

Həyatları boyu aldıqları yaraları da yuxularda görürlər. Məsələn, xəstənin müharibədən sağ çıxdığı üçün peşman olması mümkündür, lakin ölümə yaxınlaşdıqca qarşıdurmalarda həlak olan dostlarını görürlər.

Uşaqlar üçün reallıq və təxəyyül arasında kəskin sərhəd olmadığı üçün onlar bu təcrübələri daha canlı yaşayırlar. Onların gördüklərinin çox daha canlı və rəngarəng olduğu bildirilir.

Kerrin sözlərinə görə, xəstə ölməzdən əvvəl belə bir təcrübə yaşayıbsa, ailəsinin və yaxınlarının yas prosesi daha sağlam şəkildə keçə bilər.
İtirdikləri insanı barədə təsəvvürləri və xatırladıqları bu təcrübə ilə formalaşdığından yas zamanı daha rahat ola bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 823   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxslə bağlı qərar verildi

Slovakiyada məhkəmə ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə ittiham olunan müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarı, yazıçı Yuray Sintulanın polis nəzarəti altına alınması ilə bağlı qərar verib. Bu barədə Slovakiyanın "Pravda" nəşri məlumat yayıb. "Slovakiy

19 may
.

Putin: "Rəisinin ölümü İran üçün böyük faciədir"

Rusiya prezidenti Vladimir Putin İran tərəfinə prezident Rəisinin ölümü ilə bağlı bağsağlığı verib. Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin Rəisini "Rusiyanın dostu" adlandırıb və hadisənin İran üçün böyük faciə adlandırıb. "İran İslam Respublikasını haqlamış böyük faciəy

20 may
.

Keyt Middlton kimyaterapiyanın təhlükəli təsirlərinə məruz qalıb

Uels şahzadəsi Keyt Middltonun keçdiyi kimyaterapiya kursu təhlükəli yan təsirlərə səbəb olub. Bu barədə onun həkimi Sturt Fişer bildirib. Onun sözlərinə görə, xərçəng və kimyaterapiya şahzadənin bədəninə, o cümlədən sümük iliyinə, bağırsağın selikli qişasına, saçına və dərisinə zərər verib. Bildirili

20 may
.

Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Fərat qalxan"ı əməliyyatı bölgəsində PKK-nın beş terrorçusunu zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Terrora və terrorçulara heç bir yerdə keçid yoxdur. Qəhrəma

19 may
.

Dəhşət! Bağça sahibi və müəllim uşaqları döydü - VİDEO

Türkiyənin Antalya şəhərində özəl uşaq bağçasında sahib və müəllim uşaqları döyüb. xarici mediaya istinadən xəbər verir ki, onların 2 uşağı döydüyü müəyyən edilib. Hadisənin təhlükəsizlik kamerası görüntülərinin sosial şəbəkədə paylaşılmasından sonra araşdırma başladılıb. Başlayan araşdırma nəticəsind

20 may
.

10 santimetrlik qələm udan uşaq sağ qaldı

Nepalda yeddi yaşlı uşaq təsadüfən 10 sm uzunluğunda qələm udub. -in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, ana yeddi yaşlı oğlunu Katmandu xəstəxanasına aparıb. O, uşağın qələmlə oynadığını və yanlışlıqla udduğunu bildirib. Uşaq baş verənləri dörd saat sonra valideynlərin

20 may
.

Müəmmalı qətlin üstü 16 ildən sonra açıldı:Təkərin içində yandırıb...

Türkiyədə müəmmalı qətlin üstü 16 ildən sonra açılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qaziantepdə 16 il əvvəl törədilmiş cinayətin sirri üzə çıxıb. 16 il əvvəl yoxa çıxan və bir daha ondan xəbər alınmayan Erdal Öztürkün öldürüldüyü məlum olub. Həmin şəxsin dini nikahl

20 may
.

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək. Tass-a istinadən xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb. Məlumata görə, M.Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzind

20 may
.

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb

İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq. Bu barədə "Tasnim" agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən məlumat verib. "Həlak olanların cəsədlərini

20 may