Xumar Qədimova: "Sevdiyim kişi dünyasını dəyişdi"

Xumar Qədimova: "Sevdiyim kişi dünyasını dəyişdi""Mənim hər addımım puldur".

Bu sözləri Kult.az-a müsahibəsi zamanı müğənni, bəstəkar, Azərbaycanın Əməkdar artisti Xumar Qədimova deyib.

Həmin müsahibəni təqdim edirik:

- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, "Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam". Çılğınlıq deyəndə tam olaraq nəyi nəzərdə tutursunuz?

- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.

- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?

- Əvvəllər aldandığım olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.

- "Mənim hər addımım puldur" deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?

- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.

- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?

- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.

- Məsələn, kimlər?

- Ad çəkməyəcəm.
- Məşhur adamların şəxsi həyatı da həmişə maralı olub. Hazırda necə, sevgiliniz varmı?

- Xeyr, hazırda sevgilim yoxdur.

- Müğənnilər çox vaxt savadsızlığa, kitab oxumamağa görə gündəmə gəlirlər. Amma siz bu məsələdə də seçilirsiniz. Kimləri oxuyursunuz xarici yazarlardan?

- Mopassan, Viktor Hüqonun romanlarını, bizdən isə Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini çox sevirəm, lakin hazırda Əziz Nəsin və Oshonu paralel oxuyuram. Çalışıram ki, mütəmadi kitab oxuyum. Düşünürəm ki, bu, hər kəsə vacibdir, xüsusilə də sənət adamlarına.

- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimlərdir? Əvvəllər Seymur Baycanı daha çox oxuduğunuzu demişdiniz.

- Azərbaycan ədəbiyyatından mahnılarımda mahir şəkildə məhz mən istifadə etmişəm. Oxuduğum mahnıların bir çoxu şairlərimizin yaradıcılığındandır ki, bunu da hər kəs bilir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Xəlil Rza, Molla Pənah Vaqif, Əliağa Vahid, Almas İldırım və möhtəşəm Nizami, Nəsimi bəhrələndiyim ustadlardır. Hazırda isə Məhəmmədhüseyn Şəhriyar, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, türk ədəbiyyatından Nəcib Fazıl Qısakürək, Nazim Hikmət deyərdim.

- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?

- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.

- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?

- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.

- "Bir də gəlməyəcək mənimtək bir qadın" - Yəni necə bir qadın?

- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1541   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

"Toya gedən rəqqasə sənətkar deyil. O, pula görə özünü alçaldır". Bu sözləri "Azad Azərbaycan" Televiziyasının (ATV) efirində yayımlanan verilişlərin birində Xalq artisti Roza Cəlilova deyib. "Məni sənətim yaşadır. İstəmirdim ki, insanlar məni səhnədən sonra həyatda görsünlər

20 may
.

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Xalq artisti Tünzalə Ağayeva "Xarı bülbül" festivalında iştirak edir. xəbər verir ki, pop ulduz Şuşanın gəzməli-görməli guşələrindən video paylaşıb. Ağayeva görüntülərdə Xalq şairi Səməd Vurğunun "Şuşa haqqında ballada" və şair Rəsul Rzanın "Şuşam mənim" şeirini sintez edərə

13 may
.

İstəyən hər kəslə şəkil çəkdirdi - Video

Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sənətçi paytaxtımızı gəzib. M.Kırmızıgül sakinlərlə səmimi həmsöhbət olub və onlarla şəkil çəkdirib. Həmin görüntüləri təqdim edirik:

16 may
.

ŞOK OLAY! Körpə Ananın ölümündən 117 gün sonra dünyaya gəldi

Çexiyada Elişka adlı körpə anasının ölümündən düz 117 gün sonra dünyaya gəlib. xarici mənbəyə istinadən xəbər verir ki, xəstəxanada həkimlər beyin ölümü keçirən hamilə qadının körpəsini yaşatmaq üçün onu 3 aydan çox süni tənəöffüs aparatında saxlayıblar. Sözügedən müddət ərzində qadının qız uşağı dünyay

20 may
.

Faciəvi şəkildə ölən Muradın FOTOsu

Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun meyiti bu gün səhər saatlarında çayın Gəncə şəhərindən keçən hissəsində aşkarlanıb. Meyit aidiyyət

19 may
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16 may
.

Zaur efirdə mikrofonları bağlatdırıb müğənniyə ELƏ SÖZ DEDİ Kİ... - VİDEO

Zaur Kamal aparıcısı olduğu "Həmin Zaur" verilişində müğənni qonağının şəxsi həyatı barədə sullarına cavab tapmağa çalışıb. O, efirin qonağı olan Aila Raidən həmin məşhurla eşq xəbərlərinə cavab alarkən mikrafonları bağlatdırıb. Sənətçi isə eşitdiyi suala qətiyyətlə yox cavabı verərək adı çəkilə

18 may
.

Bu gün Çingizin TOYUDUR - FOTO

Bu gün müğənni Çingiz Mustafayevin toyudur. Axşam.az xəbər verir ki, sənətçi Türkiyədə Kuş adasında nikah masasına oturacaq. O, ukraynalı xanımla ailə qurur. Qeyd edək ki, Çingizin ailə qurduğu xanım astroloqdur. Onlar uzun müddətdir sevgilidir

19 may
.

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısı - Video

Xəbər verdiyimiz kimi, müğənni Talıb Tale ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, 43 yaşlı ifaçı bir neçə gün əvvəl İbrahim Tatlısəsin Bakıda keçirilən konsertinə nişanlısı Bahar ilə birlikdə qatılıb. Sözügedən görüntülər "Xəzər axşamı" verilişində yayımlanıb. Müğənni müsahibəsind

13 may