Azərbaycanda dərslər sentyabrın 1-dən BAŞLAYACAQ? - AÇIQLAMA

Azərbaycanda dərslər sentyabrın 1-dən BAŞLAYACAQ? - AÇIQLAMABir çox valideynin, şagird və tələbələrinin narazılıq etdiyi məsələ dərs ilinin iyunun 14-ə qədər davam etməsidir. İyun ayında havalar çox isti keçdiyindən şagirdlərin dərs davamiyyətində problemlər yaranır. O cümlədən şagirdlərin bir çoxu bu müddət ərzində dərslərdə belə iştirak etmirlər. Bu gün Azərbaycanda mövcud tədris sistemi ən çətin model olaraq qiymətləndirilir. Dərsliklər sadələşdirilməli və şagirdlərə müvafiq imkanlar yaradılmalıdır. Bu baxımdan ilk olaraq tədris müddəti ilə bağlı narazılıqlar aradan qaldırılmalıdır. Bu baxımdan Azərbaycanda tədris ili senytabrın 1-dən başlayıb mayın 31-də bitə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, ölkədə tədris ilinin müddəti 34 həftədir. Dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də bitir. Son 10 ildə tədris ilinin müddətinə bir neçə dəfə dəyişiklik edilir:

"İlk dəfə 2004-cü ildə prezidentin müvafiq sərəncamı ilə dərslər sentyabrın 1-dən yox 15-dən başladı və mayın 31-də də bitirdi. Digər tərəfdən 30 oktyabr 2014-cü il tarixində Nazirlər Kabinetinin 362 saylı qərarı ilə tədris ilinin müddətinin uzadılmasına qərar verildi. Tədris ili mayın 31-i yox iyunun 14-ü bitməyən başladı. Belə ki, tədris ili 34 həftəyə qaldırıldı. Amma bu qərar 2015-2016-cı il tədris ilindən tətbiq olunmağa başladı. Həmin vaxtlardan hər tədris ilinin başa çatma ərəfəsində və yeni tədris ilinin başlanması zamanı tədris verənlər, şagirdlər və valideynlər tərəfindən təkliflər gəlir ki, tədrisin iyunun 1-dən 14-ə qədər olan müddətdə ölkənin müəyyən regionlarında, xüsusilə Aran bölgələrdə isti olduğundan tədrisi təşkil etmək olmur".

Ekspertin sözlərinə görə, məktəblərimizdə havalandırma sistemi qurulmadığına görə tədrisin təşkilində müəyyən çətinliklər var:

"Əsas təklif bundan ibarətdir ki, tədris ili sentyabrın 1-də başlayıb 31-də bitsin. Düşünürəm ki, bu da kifayət qədər əsaslıdır. Bizim təkliflərimiz ondan ibarətdir ki, tədris ilinin müddətində və gedişində müəyyən dəyişikliklər etmək lazımdır. Tədris ilinin sentyabrın 1-də başlayıb, mayın 31-ə qədər aktivlik hissəsi təmin olunmalıdır. İyun 1-14-ə qədər olan müddətdə isə BSQ və yekun qiymətləndirilmənin keçirilməsi daha doğru olardı. İyun 1-14-ə qədər olan müddətdə aktiv dərslər keçilməsin. Bu təklifimiz qəbul edilərsə, müvafiq sahədə olan narazılıqlar aradan qalxmış olar".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 16481   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını amansızlıqla qətlə yetirdi

Yevlax şəhərində törədilmiş qətlin təfərrüatı məlum olub. "Report"un məlumatına görə, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində vəfat edib. Hadisəni törətməkd

20 may
.

Anar deputat seçilmək üçün kimdən təklif gözləyir? - Açıqlama

Parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər yayıldıqdan sonra bir çox ictimai xadimlər deputat seçkilərinə qatılacaqlarına dair fikirlər səsləndirirlər. Dünən maraqlı açıqlamalardan biri də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayevdən gəlib. O, "Parlament seçkilərind

20 may
.

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi

"İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir". xəbər verir ki, müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin "Telegram"

20 may
.

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır. "Report" xəbər verir ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (v

20 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib. "Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb"

20 may
.

Xocalı aeroportu BƏRPA EDİLƏCƏK: Bu formada tikilə BİLƏR - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – "parlament binası", Ermənistan Respublikasının Könüllülər İttifaqı ("Yerkrap") və s. bir müddət əvvəl sökülüb. Bir müddət əvvəl mətbuatda Xocalı hava limanının da separatçı rejimin saxta gerbindəki qarta

20 may
.

Futbolçularımız niyə hərbi xidmətə getmir? - VİDEO

"Bildiyimiz kimi, istər ölkənin milli komandasının, istərsə də klublarımızda olan futbolçuların, olimpiya yığmasında olan 19 yaşlı oyunçuların həqiqi hərbi xidmət ilə bağlı çox ciddi problemləri var. Qanun qarşısında hamı eynidir. Onlarda öz əsgərliklərini çəkməlidirlər". Bu sözləri "Dinam

20 may
.

"Məzun günü" üçün restoranlarda yer tapılmır - VİDEO

"Məzun günü"nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. Artıq bəzi məkanlarda yer tapılmır, qiymətlərdə isə əvvəlki illərə nisbətən artım müşahidə olunur. Restoran administratorlarının sözlərinə görə, qiymətlərin yüksək olmasının əsas səbəbi ərzaq qidalarının, xüsusilə də, ət v

18 may
.

Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb

Şirvanda azyaşlı qızdırmadan ölüb. "Report"un Aran bürosunun məlumatına görə, şəhərin M.Rəsulzadə küçəsi, 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Əli Xəyyam oğlu Vəliyev Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb. İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarət

20 may