"Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım " - Bacısını öldürən şəxs

"Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım " - Bacısını öldürən şəxsLənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad 1 qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb.

Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib.

Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb.

F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb.

Faktla bağlı araşdırmalar davam edir.

Mənbə:report

Kriminal   Baxılıb: 990   Tarix: 05 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az