Tünzalənin saçını şüşədə saxlayır

Tünzalənin saçını şüşədə saxlayır"İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhər çıxdım, telefonum da sönüb. Amma əvvəldən demişdik ki, Hökumət Evi deyilən binanın önündə görüşəcəyik. Gec idi, düşünürdüm ki, 2 saata yaxın gecikmişəm, gedib yəqin. Həmin gün də elə bir yağış yağırdı ki, küçə tamam su idi".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, aktrisadan qalan əşyalardan bəhs edərək, onun fotosunu paylaşıb:

"Saat 12-yə işləmiş həmin yerə çatdım. Baxdım ki, Tünzalə milli geyimdə məni gözləyir, məclisdən çıxıb gəlib. Göy rəngdə, bəzəkli geyimdə idi. İkimiz də həyəcanlı idik, danışmadan bir-birimizə baxırdıq. Bəlkə, 15 dəqiqə danışmadıq. Sonra dedim ki, keçək yolu. Bulvar tərəfə keçdik, ikimiz də tamam islanmışdıq. Bir az gəzdik, çox danışmadıq. İkimiz də həyəcanlı idik, gecə saat 1 idi. Sagollaşanda qolumdakı sep Tünzalənin geyiminə ilişdi. 10 dəqiqəyə yaxın çıxarmağa çalışdıq. Dedi ki, bu sep elə-belə ilişmədi və getdi. Sonra 9 il heç ayrılmadıq.

Bu gün ömrümdən mənə bir neçə şey yadigar qalıb: əxlaqı, Zəhram, geyimləri, bir-iki əşyası və saç telləri. Şüşədə saxlayıram, cəsarətim çatmır çıxarıb toxunmağa, birdən düşər, tapa bilmərəm. Allaha həmd olsun, ruzimizi verir, dünyadakı günlərim bir-bir gedir. Dünyadakı günlərim çoxalır, sənə qovuşacağım günlər azalır".

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra ötən ilin yanvarında vəfat edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 691   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO

"Mənə çox şey yuxuda agah olur". -a istinadən xəbər verir ki, bunu aktyor Fərda Xudaverdiyev "Zarafat bir yana" verlişində deyib. Məşhur aktyor hətta illər əvvəl görüşdüyü qadının ona necə xəyanət etdiyini də ilk olaraq yuxusunda öyrəndiyini sözlərinə əlavə edib. Fərdanın tükürpədə

19 may
.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətiml

13 may
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16 may
.

Oğlu Almaz Orucovanı sevindirdi

Əməkdar artist Almaz Orucovanın oğlu Azər Belçikada magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Övladının uğurundan danışan müğənni kövrəlib:. "Bir aydan çoxdur ki, oğlum Azərin Belçikadakı magistratura imtahanının cavabını gözləyirdik

15 may
.

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

"Toya gedən rəqqasə sənətkar deyil. O, pula görə özünü alçaldır". Bu sözləri "Azad Azərbaycan" Televiziyasının (ATV) efirində yayımlanan verilişlərin birində Xalq artisti Roza Cəlilova deyib. "Məni sənətim yaşadır. İstəmirdim ki, insanlar məni səhnədən sonra həyatda görsünlər

20 may
.

Mahsun Kırmızıgül Bakıda anasından danışıb kövrəldi

Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı konsertinin ilk günü baş tutub. Axşam.az xəbər verir ki, bir neçə gündür Bakıda olan sənətçi sevənləri ilə Bakı Konqres Mərkəzində görüşüb. Gecə boyunca tamaşaçılarla maraqlı söhbətlər edən Kırmızıgül səhnəyə çıxanlarla fotolar çəkdirib. "Annem" mahnısın

18 may
.

Türkan Vəlizadə bu müğənninin ögey bacısı olduğunu açıqladı - VİDEO

Müğənni Türkan Vəlizadə açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, sənətçi Ləman Əliyeva adlı müğənni ilə "5 gün" Mikayıl ilə" proqramına qonaq olub. Bu zaman canlı efirdə Ləmanın onun ögey bacısı olduğunu açıqlayıb. İfaçı qeyd edib ki, Ləmanla ata bir ana ayrı ögey bacıdırlar

16 may
.

Çingiz Mustafayevin TOYUDUR

Müğənni Çingiz Mustafayevin toyu olacaq. -ın məlumatına görə, o, mayın 19-u ukraynalı xanımla ailə quracaq. Qeyd edək ki, müğənninin toy məclisi Türkiyədə baş tutacaq

15 may
.

Faciəvi şəkildə ölən Muradın FOTOsu

Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun meyiti bu gün səhər saatlarında çayın Gəncə şəhərindən keçən hissəsində aşkarlanıb. Meyit aidiyyət

19 may