Azərbaycanda ər-arvadın qandonduran hekayəsi -15 il sonra valideyn oldular hər ikisi ...

Azərbaycanda ər-arvadın qandonduran hekayəsi -15 il sonra valideyn oldular hər ikisi ...Yanvarın 1-də Ağsu şəhərində ər və arvadının ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatları məlum olub.

Hadisə axşam saatlarında 1958-ci il təvəllüdlü Xəyyam Əliyev, həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyeva və azyaşlı övladları ilə Ağsuda qohumlarının evinə bayramlaşmağa gedərkən baş verib.

Ailə üzvləri Heydər Əliyev prospekti ilə gedərkən uşaqlar qohumlarının evinə çatdıqlarını deyiblər və qaçaraq məhəlləyə giriblər. Bu zaman 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən Xəyyam və Xatirəni vurub. Cütlük hadisə yerindəcə keçinib.

Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı və övladları, 2000-ci il təvəllüdlü Əmrah Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, Xəyyam Əliyev və Xatirə Əliyeva evləndikdən sonra uzun illər onların övladı olmayıb. Buna baxmayaraq onlar ayrılmayıb və təxminən 15 il sonra cütlüyün övladı dünyaya gəlib.

O da məlum olub ki, hadisəni törədən sürücü sərxoş vəziyyətdə avtomobil idarə edirmiş və yol hərəkət qaydalarını əvvəllər də dəfələrlə kobudcasına pozub.

*****

2 yanvar

Ağsuda avtomobil ər və arvadı vuraraq öldürüb, bir ailənin 4 üzvü ağır xəsarət alıb

Ağsu rayonunda iki ailənin faciəsi ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Hadisə yanvarın 1-də axşam saat 22:00 radələrində Ağsu şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Şamaxı rayonu Qurdtəpə kənd sakini, 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən iki nəfəri-Ağsu şəhər sakini 1958-ci il təvəllüdlü Xəyyam Əliyevi və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyevanı vurub. Ağır xəsarətlər alan ər və arvad hadisə yerində dünyasını dəyişib.

Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı, və övladları, 2000-ci il təvəllüdlü Əmrah Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Mənbə:lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2349   Tarix: 05 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart