Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!

Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!Əl və ayaqlarda dəri rənginin müxtəlif olması, qan damarlarında daralmadan irəli gəlir. Siqaret, stress və soyuq havanın təsiri nəticəsində bu xəstəlik şiddətlənə, hətta revmatizmin yaranmasına gətirib çıxara bilər.
Damar daralması "Raynaud Fenomeni" adlanan damar xəstəliyi olaraq qəbul olunur. Bu xəstəlik əksər hallarda revmatizmin ilkin əlamətlərinə aid edilir. Daha çox əl və ayaqlarda qan dövranın azalması və ya ləngiməsi səbəbilə bu orqanlarda üşümə, ağrı, göyərmə, həssaslıq, soyuqluq kimi hallar müşahidə olunur. Qan damarları soyuq havalarda orqanizmin öz istiliyini saxlaması üçün daralır, amma bu proses bəzi insanlarda xəstəliyə daha çox uzanır.
Ağır stress qan dövranını zəiflədir
Siqaret, ağır emosional stress və soyuq hava xəstəliyi şiddətləndirən səbəblərdir. Bununla yanaşı, uzun müddət istifadə edilən müxtəlif dərmanların əks təsiri də bu xəstəliyə səbəb ola bilər. Xüsusilə bəzi miqren, baş ağrısı dərmanları və bəzi ürək dərmanlarından istifadə xəstəliyin inkişafına gətirib çıxara bilər.
Adətən bu şikayətləri olan xəstələr gənc yaşında olur. Çətin imtahan və iş stressi yaşayan gənclər, hətta bəzən uşaqlarda da görülə bilər. Qan damarlarının daralması xəstəliyindən adətən soyuq bölgələrdə yaşayan, soyuq mühitlərdə işləyən insanlar daha çox əziyyət çəkir.
Damar xəstəliyini həm cərrahi, həm müalicə yolu ilə, həm də bəzi qabaqlayıcı tədbirlərlə sağaltmaq mümkündür. Tədbirlərə baxmayaraq, şikayətiniz davam edirsə, ən qısa zamanda ürək-damar həkiminə gedib müayinə olunun.
Məsləhətlər
1. Vərdişləri dəyişdirin: Siqaret və tütün məhsullarının istifadəsindən imtina edin, dumanlı mühitlərdən mümkün qədər uzaq durun.
2. Həyat tərzinizi dəyişin: Soyuqdan və soyuq mühitlərdən mümkün qədər uzaqlaşın. Soyuğa çıxmazdan əvvəl əlcək və qalın corab geyin, soyuq su ilə təması azaldın, soyuqdan qoruyucu yağ əsaslı kremlər istifadə edin. Paltarları əllə yumayın, əgər paltaryuyan maşın yoxdursa, mütləq əlcək taxın. Əgər yaşadığınız rayon çox soyuqdursa, daha mülayim iqlimli əraziyə köçün.
3. Psixoloji vəziyyəti bərpa edin: İnsanın özünü hədsiz kədərli, həyəcanlı və qorxaq hiss etməsi stress yaradır. Stress isə birbaşa bu xəstəliyə təsir göstərir. Yüksək əhval-ruhiyyəni qorumağa çalışın. Bunun ən yaxşı yolu idmandır. Ancaq stresslə təkbaşına mübarizə apara bilmirsinizsə, psixoloqla məsləhətləşin.
4. Həkimə gedin: Şikayətlərinin əsl mənbəyinin damar daralması olduğunu, yaxud müşayiət revmatizm xəstəliyi olduğunu öyrənmək üçün həkim müayinəsindən keçin.

Mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3391   Tarix: 05 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021