Azərbaycanda vəzifəli şəxs cinayət başında YAXALANDI
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Bəxtiyar Rafiq oğlu Həsənov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqla Bəxtiyar Həsənovun Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
B.Həsənovun xidməti otağında aparılmış axtarışla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Toplanmış sübutlarla Bəxtiyar Həsənova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 611 Tarix: 16 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTürkiyəli məşhur aktrisa vəfat etdi
'Uygun Adım Aşk', 'Acar Kafadarlar', 'Alev Alev' kimi seriallarda rol alan məşhur aktrisa Pelin Yoru dünyasını dəyişib. türk mediasına istinadən xəbər verir ki, 42 yaşlı aktrisanın ölüm səbəbi hələlik məlum deyil. Mərhumun cənazəsi Kilyos qəbiristanlığında torpağa tapşırılıb
31 oktyabrErmənistan təxribatlara hazırlaşır
Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) "müşahidəçiləri" yenidən Azərbaycanla sərhədə gəliblər. Bununla bağlı -a yeni görüntülər daxil olub. Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərin
30 oktyabrPiton 35 kiloqramlıq maralı bütöv uddu
Floridada pitonun 35 kiloqramlıq maralı bütöv udması anı lentə alıb. xarici mediaya istinadən xəbər verir ki, Florida Təbiət Mühafizə Təşkilatından bioloq Yan Bartoszek tərəfindən qeydə alınan kadrlarda 4,5 metr boyunda, 52 kiloqram çəkidə olan dişi piton çənəsini açıb maralı udur. Pitonun udduğu mara
31 oktyabrAzTU-nin rektoru Vilayət Vəliyev 1 milyon manatlıq mebel alır……
Azərbaycan Texniki Universitetinin Mebel və inventarın alınması ilə bağlı elan etdiyi tenderin qalibi "Veles" QSC ilə müqavilə imzalayıb. məlumat verir ki, müqavilənin dəyəri 948.600 AZN-dir. Bildirək ki, şirkətin nizamnamə kapitalı 200 AZN, qanuni təmsilçisi Teymur Abdurəhimov Fikrət Oğludur
30 oktyabrSabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Sabah Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Sumqayıt Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə 110/10 kV-luq "Sumqayıt-2"
30 oktyabrBakıda DƏHŞƏTLİ HADİSƏ: İki nəfər qatarın altında qalıb öldü
Oktyabrın 29-u axşam saat 10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar
30 oktyabrFaciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş
Xəbər verdiyimiz kimi, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır. O, rəfiqəs
31 oktyabr