Azərbaycanda səfərdə olan Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olubAzərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.

Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 445   Tarix: 16 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident yeni nəsil metro qatarları ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

31 oktyabr
.

İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ

"İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur". Bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. O, həmçini

30 oktyabr
.

İlham Əliyevin Paşinyanla görüşü başladı

Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

24 oktyabr
.

İcra hakimiyyətləri hansı tarixindən ləğv olunacaq? - AÇIQLAMA

Son illərdə Azərbaycanda mühüm islahatlar baş tutur. Aparılan islahatlar içərisində ən çox aktuallığını qoruyan məhz icra hakimiyyətlərinin ləğvi ilə bağlı olan məsələlərdir. Bəs, icra hakimiyyətlərinin ləğv olunması və prezident nümayəndəlikləri ilə əvəz edilməsi ilə bağlı hansı addımlar atılır?. Mövz

29 oktyabr
.

General Azər İbrahimov vəzifəsindən AZAD EDİLDİ

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, general İbrahimov sərəncama götürülüb. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib

21 oktyabr
.

Prezident Fərman imzaladı

"Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Milli Məclisi, İnsan hüquqları üzr

29 oktyabr
.

İlham Əliyev Sərəncam imzaladı

"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni Sərəncam imzalayıb

30 oktyabr
.

İlham Əliyev ABŞ prezidentinin xüsusi köməkçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib. AZƏRTAC xəbər verir ki, Maykl Karpenter qəbula görə təşəkkürünü bildirdi və ABŞ Prezidenti Cozef Baydenin məktubun

21 oktyabr
.

İlham Əliyev Ərdoğana məktub göndərdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. 29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımda

29 oktyabr