Rusiya sülhməramlılarının regionu TƏRK ETDİ: Ermənistan qərb qüvvələrini QARABAĞA GƏTİRİR? - ŞƏRH
Xəbər verdiyimiz kimi, səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. Sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Xocalıda isə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Əlbəttə ki, Qarabağdan sülhməramlıların çıxmasında marqlı tərəf isə həm Ermənistan, həm də qərb qüvvələridir. Ermənistanda Paşinyan hakimiyyəti əleyhinə etiraz mitinq və digər növ aksiyaları davam edir. İştirakçıların sayından görünür ki, keşiş Baqratın çağırışları ilə sakinləri tərəfinə çəkməyə çalışır. Digər tərəfdən Ermənistan hakimiyyəti hələ də Qarabağa Aİ nümayəndələrinin yerləşdirmək niyyətindədir. Buna cavab olaraq Azərbaycan hansı addımları atacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danşan politoloq Tofiq Abbasov deyib ki, Aİ-nin yeni qüvvələrinin bölgəyə cəlb etmək fikri Ermənistan rəhbərliyində var. Amma Ermənistan rəhbərliyi yaxın zamanda bu fikirdən daşınacaq. Çünki faktiki olaraq, Ermənistan hakimiyyəti vəziyyəti anlayır. Burada onlar heç də Ermənistanın təəssübünü çəkmək üçün gəlməyiblər. Onların özlərinin daha vacib qayələri var:
"Onlar ilk məqsədi İran, Türkiyə və Rusiya ilə bağlıdır. Yəni onlar əsas kəşfiyyat proseslərini qüvvədə saxlayırlar. Çalışırlar ki, öz ölkələrinin xüsusi xidmət orqanlarının sifarişlərini layiqincə yerinə yetirsinlər. Ermənistan onlar üçün sadəcə olaraq plasdarm rolunu oynayır. İndi biz də görürük Ermənistanın daxilində hələ də hərc-mərclik baş alıb gedir. Eyni zamanda xaos yaratmaq istəyən qüvvələr çalışırlar ki, belə bir şərait yaratsınlar. Mən elə düşünürəm ki, Nikol Paşinyan kifayət qədər son zamanlar praqmatikliyə meyl göstərir. Başa düşür ki, xarici institutlar hətta onun özünü əməkdaşlığa cəlb edərək, alternativlərini süzgəcdən keçirirlər. Erməni kilsəsi dini institut olaraq nə ilə məşğuldur? Sadəcə təhrik etmək ilə. Bir halda ki, dindarlar insanları sülhə, barışığa, vətənpərvərliyə çağırmalıdır. Amma onlar bunu etmirlər. Əksinə bir hal baş verir. Onlar siyasi proseslərə əməlli-başlı qatılıblar və iştirak edirlər. Hətta hakimiyyət çevrilişlərinə çağırışlar edirlər. Ona görə də, burada Serj Sarkisyan və Robert Köçəryanın qulaqları görünür. Mən elə başa düşürəm ki, Nikol Paşinyan baş verənlərdən düzgün nəticələr çıxartsın. Bilsin ki, qərb onun üzünə gülə-gülə daha çox böyük ümidlərini özü ilə yox, digər qərbpərəst qüvvələr ilə bağlayır.
Politoloqun sözlərinə görə, vəziyyəti xilas etmək ötrü, Nikol Paşinyan gərək Azərbaycan ilə barışıq məsələsində ciddi olsun. O cümlədən Türkiyə ilə barışıq məsələlərinə diqqətlə yanaşmalıdır. Qərbin müdaxiləsini gözləmədən addımlarını atmalıdır:
"Eyni zamanda sülh müqaviləsi bağlanmalı və regionda vəziyyət sakitləşsin. Bunu qərb istəmir. Onlar bilir ki, bölgədə sakitlik olarsa, onda qərbin "kart"ları öz qüvvəsini itirəcək. Gürcüstanı və Ermənistanı qaynadırlar. Bir tək Azərbaycana toxuna bilmirlər. Azərbaycan bölgənin sabitliyinin qarantıdır. Biz buna zəmanət veririk və güc olduğumuzu göstəririk. Sözün əsl mənasında böyük bir potensialı özümüzdə ehtiva edirik. Əgər Ermənistan qırmızı xəttləri keçərsə, Azərbaycan əməlli işlər görəcək. Yəni biz bu risklər ilə barışmayacağıq. İndi deyək ki, Ermənistan yeni qüvvələr dəvət edib. Ermənistan öz daxilində nə edirsə etsin. Bu onun öz daxili işləridir. Təbii ki, bu dəyişiklər Azərbaycanın diqqətindədir. Bölgəyə əməlli başlı təzyiqlər göstərilir. İndi Ermənistan rəhbəri gərək özü qərar versin. Paşinyan bir şey edə bilməsə hakimiyyəti uduzacaq. Ona görə hesab edirəm ki, bu gün ən böyük məsuliyyət Nikol Paşinyanın üzərindədir. O gərək dost və düşmənini tanımalıdır. Kilsə və onun arxasında dayanan qərbpərəst qüvvələri, kosmopolit dəstələr prosesləri təhlükəli istiqamətə yönləndirirlər. Bu gün Aİ nümayəndlərini Qarabağa və regiona cəlb etmək fikrindən Ermənistan daşınacaq. Çünki bu addım ona müsbət nəticələr verməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş