Bakıda dəhşətli qətl! Qardaşı bacısının gözü qarşısında öldürdülər

Bakıda dəhşətli qətl! Qardaşı bacısının gözü qarşısında öldürdülərBakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qətlə yetirilən Rövşən Cəfərovla hadisəni törədən Təhmasib Fərəcov qayın-yeznə olub.

Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı Rövşən Cəfərov burada yeznəsi Təhmasiblə dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb.
Advertising 34

T.Fərəcov qaynını söyüş söydüyünə görə vurduğunu deyib.

Bildirilir ki, hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.

Araşdırmalar davam etdirilir.

*****

5 yanvar

Bakıda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Araşdırma aparılır.

Mənbə: lent.az

Kriminal   Baxılıb: 1687   Tarix: 06 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az