"Erməni qaniçənlər fotosunu yaydığı əsgərimizin cəsədindən belə qorxur"
Xəbər verdiyimiz kimi, dekabrın 29 - da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşi hələ də geri qaytarılmayıb.
Sonxeber.az bildirir ki, millət vəkili Azər Badamov məsələyə münasibət bildirib. O bildirib ki, ermənilər sosial şəbəkələrdə əsgərimizin meyitinin fotolarını yaymaqla bir daha öz rəzil, qaniçən sifətlərini göstərir:
"Bir həftə əvvəl erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş Qurbanov Çingiz Salman oğlunun nəşinin Azərbaycan tərəfinə qaytarılmaması çox təəsüf doğurur. Baxmayaraq ki, Beynəlxalq qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna , o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikə rəsmi müraciətlər olunub, təəsüflər olsun ki, heç bir nəticəsi yoxdur. Bu, bir daha həmin qurumların fəaliyyətsizliyini göstərir. Hətta sosial şəbəkələrdə əsgərimizin meyitini nümayiş etdirirlər. Bununla ermənilər öz rəzil, qaniçən, yaramaz sifətlərini bir daha göstərir. Bu, heç bir beynəlxalq hüquq normalarına uyğun deyil. Azərbaycan əsgərinin ölüsündən də qorxurlar. Belə olmasaydı əsgərimizin meyitini qaytarardılar. Erməni bilsin ki, o, canını da verməyə hazır Azərbaycan xalqının qəhrəman oğulları ilə üz-üzə dayanıbdır . Belə qəhrəman oğullarımızın qabağında heç bir erməni qüvvəsi dayana bilməz".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş