Azərbaycanlı "qanuni oğrular" elə hala düşdülər ki...

Azərbaycanlı "qanuni oğrular" elə hala düşdülər ki...Lotu Quli gözlənilmədən dostuna qarşı qəddar düşmənə çevrilə bilir

Rusiya Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə aparanları 2017-ci ildə Azərbaycanın kriminal klanları nümayəndələri arasında ciddi problem yaşanacağını gözləyir.
Ötən ilin payızında "qanuni oğrular" Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəşad İsmayılov (Rəşad Gəncəli) güclü konqlomerat formalaşdırıb. Sonuncu yaxınlarda Rövşən Lənkəranskinin qətlinə cavabdehliyi boynuna götürüb.

Məlumatda qeyd edilir ki, hüquq-mühafizə orqanları məhz həmin güclü qruplaşmanın parçalanacağını mümkün hesab edir.

"Qanuni oğru" Rövşən Lənkəranskiyə qarşı müharibə məqsədilə birləşən Süleymanov, Səlifov və İsmayılov klanları dərhal topdansatış göyərti bazarını və Rusiya paytaxtındakı azərbaycanlıların biznesini nəzarətə götürüblər.

"Lotu Quli bu gün səninlə dost və müttəfiqdir, sabah isə gözlənilmədən ən qatı düşməninə çevrilə bilər və başlayaq sənin ovuna. Belə hadisələr nə qədər istəsən olub", - hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Səlifovdan xarakterlərinə görə tamamilə fərqlənən Süleymanov və İsmayılov bunu başa düşürlər. Ona görə yaradılan ittifaq 2017-ci ildə mütləq dağılacaq. Mənbə əmindir ki, bu zaman keçmiş müttəfiqlər arasında müharibə başlayacaq.

Mənbə: modern.az

Kriminal   Baxılıb: 5661   Tarix: 07 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az