Azərbaycanda vəhşilik! Yeznə qaynının qulağını dişləyib qopardı

Azərbaycanda vəhşilik! Yeznə qaynının qulağını dişləyib qopardıSabirabad rayon sakini qaynının qulağını dişləyərək qoparıb.

Hadisə Sabirabad royonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.

Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.

X. Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə Salyan rayon xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalarından birinə çatdırılıb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Mənbə: APA

Kriminal   Baxılıb: 1711   Tarix: 07 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az