Soyuqdəymə və qripdən qurtulmağın ən asan yolu

Soyuqdəymə və qripdən qurtulmağın ən asan yoluQara gəndalaş bitkisi çox faydalı müalicəvi bitkisir. Bu bitki soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir - hərarəti salır, tərlədir, intoksikasiyanın əlamətlərini (əzələ, oynaq ağrıları) azaldır, immuniteti möhkəmləndirir, sağalmanı tezləşdirir.
İsrail həkimləri qripp epidemiyası zamanı qara gəndalaşın təsiri yoxlamaq üçün xüsusi eksperiment aparıblar. Qrip xəstələrinin 1 qrupuna hər gün 4 qaşıq qara gəndalaş ekstraktı, digər qrupa plasebo (boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti yaxşılaşıb, qrippin simptomları (hərarət, əzələ ağrıları və s.) xeyli azalıb.
Plasebo alan xəstələrin arasında yaxşılaşma əlamətləri daha az idi.
Qrip və soyuqdəymə zamanı qara gəndalaşdan müalicəvi dəmləmə hazırlayın. 3 x.q. meyvə axşamdan termosda yarım litr isti suda dəmlənilir, səhər süzülür və gün ərzində çay kimi içilir. Dəmləməyə bal əlavə etmək olar.

Mənbə: sağlamolun.az

Sağlamlıq   Baxılıb: 2461   Tarix: 07 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az