Plazada güllələnənin qardaşı səfirin... - Şok fakt - FOTO

Plazada güllələnənin qardaşı səfirin... - Şok fakt - FOTOBu gün Bakıda "Demirchi Tower"da baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən 1993-cü il təvəllüdlü Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünəməxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mənbə: report

Kriminal   Baxılıb: 2633   Tarix: 07 yanvar 2017  
Facebookda Paylaş

DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az