Mahnımızı ermənicə oxuyan Özcan Azərbaycandan ÜZR İSTƏDİ: "Haqlısınız, bağışlayın məni..."

Mahnımızı ermənicə oxuyan Özcan Azərbaycandan ÜZR İSTƏDİ: "Haqlısınız, bağışlayın məni..."Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz ermənicə "Kamança" mahnısını oxumasına aydınlıq gətirib.

Erməni dilində mahnı oxuduğu üçün azərbaycanlıların sərt reaksiyası ilə qarşılaşan müğənni fikirlərini sosial şəbəkədə bölüşüb: "Sevgili azərbaycanlı qardaşlarım, təxminən 10 il öncə "Mədəniyyət körpüləri" adlı konsertimiz var idi. Bu konsertdə bir çox dildə mahnılar oxuduq. Yayılan video həmin konsertin tanınması üçün iştirak etdiyim proqramdandır. Hətta repertuarda ispan və ingilis dilində mahnılar da vardı. Kanal24-də yayımlanan "Kafa dengi" proqramına da həmin dövrdə çıxmışdım. Proqramda oxuğum türkü əzbərimdə idi. Orada Emin Sabitoğlundan bəhs etməliydim, haqlısınız. Sadəcə buna görə sizdən üzr istəyirəm. Məlumatsızlığıma sayın.

Sözügedən proqramı heç xatırlamıram. Sənətin dini, irqi, dili olmaz. Sizə orada hər hansı yayım orqanı nə deyir, bilmirəm. Hər şey birtərəfli anladılır. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu səhv təqdimat məni də sizlər qədər kədələndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir ki, Xocalı soyqırımının hər il dönümündə acınızı bölüşürəm. Bir neçə dəfə Şəhidlər Xiyabanına gedib dua etmiş biriyəm. Allah bilir ki, çəkildiyim seriallarda Azərbaycan xalqını xor görəcək hər ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim bağlılığım fərqlidir. Türk filmlərini Azərbaycana ilk gətirən mənəm. Türkiyədə azərbaycanlı müğənnilərin ilk konsertini də keçirən mənəm. Hazırda azərbaycanlı dostlarımla iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını ekranlaşdırmaq üçün çalışırıq. Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlılar dostlarım olacaq. Buna zərər vermək istəyənlər öz pislikləri ilə qalacaqlar. Sizləri sevirəm, məkrli niyyəti olanlara deyil, mənim qəlbimə inanın. Allaha əmanət olun".

Qeyd edək ki, proqramların birində qonaq olan ifaçının erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən "Kamança" adlı mahnını ifa etməsi birmənalı qarşılanmayıb. Azərbaycanlılar, xüsusilə sənət adamları sosial şəbəkədə Özcana öz etirazını bildiriblər. Onlar eyni zamanda "Kamança"-nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun "Dağlar" mahnısından oğurlandığını qeyd ediblər.(musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4865   Tarix: 07 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xəyalə Manaflı nişanlandı - Video

Müğənni Xəyalə Manaflı ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, ifaçı nişanlanıb. Onun Nurlan adlı bəylə "hə" mərasimi olub. Həmin görüntüləri Xəyalə özü yayımlayıb

8 aprel
.

"Mən indi Xalq artisti olmalıydım"

"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:. "Yuxusuz gecələrimə heyfslənirəm

7 aprel
.

"Bu sürücülər nə yeyir, nə içirlər bilmirəm" - Zamiq

Ötən gün "Koroğlu" stansiyasının qarşısında yük maşını aşıb və nəticədə avtomobildə olan maye yola dağılıb. Axşam.az xəbər verir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkədə qəzanın görüntülərini paylaşaraq bunları yazıb:. "Mən hər zaman demişəm, yenə də deyirəm. Artıq "avtoşluq"

7 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

Xalq artistinin oğlu atasının evini satıb: "Orada yaşaya bilmədik"

"Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün du

7 aprel
.

Küçələrdə gecələyən qadın Xalq artistinin nəvəsidir? - VİDEO

İki ildir küçələrdə gecələyən Bakı sakini Dürnisə Abdullayeva mərhum Xalq artistinin nəvəsi olduğunu iddia edir. olay-a istinadən xəbər verir ki, D. Abdullayeva 14 yaşında ailəsi tərəfindən məcbur evləndirildiyini deyib:. "Ailəm məni məcbur evləndirdi. Məni bədbəxt bir insan etdilər. Toy gecəs

13 aprel
.

Safurə həyat yoldaşı ilə Dohada - Video+Fotolar

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva Ramazan bayramında həyat yoldaşı Fərhad Əliyevlə Qətərə gedib. Axşam.az xəbər verir ki, müğənni Dohada lentə aldığı görüntüləri sosial medi hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevi

12 aprel
.

Aysel Həsəninin səhifəsi yenə oğurlandı - FOTO

İnfluenser Aysel Həsəninin (icelinee) "İnstagram" hesabı ikinci dəfə oğurlanıb. bildirir ki, 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib. Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb. Qeyd edək ki, bloqerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışd

14 aprel
.

Natiq Şirinovun qızı toyunda oxudu - Video

Xəbər verdiyimiz kimi, bu gün paytaxt restoranlarının birində Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyudur. Axşam.az xəbər verir ki, sənətçinin övladı Semih adlı bəylə ailə qurur. Maraqlı məqamlardan biri də Sevil toyda baş tutan xınayaxdı mərasimində "Yüksək yüksek tepeler" mahnısın

12 aprel