Ümid Trampa qalıb! Türkiyə...

Ümid Trampa qalıb! Türkiyə...Elxan Şahinoğlu: "Yeni prezidentin Türkiyə siyasəti fərqli olacaq"

İstanbul və İzmir şəhərlərində ard-arda baş vermiş terror aktları Türkiyənin ABŞ və Avropa İttifaqı, o cümlədən, NATO ilə münasibətlərini yenidən nəzərdən keçirməsi məsələsini gündəmə gətirdi. Ümumiyyətlə, fətullahçı terror təşkilatı FETÖ-nün keçən ilin iyulunda dövlət çevrilişinə cəhd etməsindən sonra Türkiyənin siyasi gündəliyində bu ölkənin "Qərb bloku"ndan, xüsusilə, NATO-dan çıxaraq Çin və Rusiyanın başçılıq etdiyi "Avrasiya oxu"na yaxınlaşması cəhdləri güc qazanmağa başladı. Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bir sıra nüfuzlu siyasətçilərə, elə Ərdoğan hökumətinin yetkililərinə görə, Avro-atlantik zonadan uzaqlaşmaq Türkiyəni xarici siyasətdə daha müstəqil mövqeyə gətirəcək.

İstanbul terrorunu İŞİD-in, İzmir aktını PKK-nın Suriya qolu olan PYD-nin öz üzərinə götürməsi Qərbdən uzaqlaşmaq cəhdlərinə təcil qazandırdı. Çünki Ankarada ona inanırlar ki, hər iki terror təşkilatı ABŞ və NATO-nun güc dövlətləri tərəfindən maliyyələşdirilir, silahlandırılırlar.Artıq AKP-nin bu xəttinin ictimai sferada da dəstəkçiləri çoxalıb.

Ankaranın əlindəki yeni ipucu

NATO-nun son dönəm hadisələrinə baxışda hədəf alınması təsadüf deyildi. Çünki Rəcəb Tayyib Ərdoğan 2001-ci ildə AKP-ni yaradıb, "Gülən camaat"ı ilə koalisiyaya gedib, 1 il sonra hakimiyyətə gələndə ordu daxilində NATO qanadının güclənməsinə göz yumdu. Lakin həmin qanad 15 iyul darbəsində FETÖ-yə dəstək verərək, Ərdoğanı devirməyə çalışdı. NATO və ABŞ-ın bundan sonra məsələyə uzaq məsafədə dayanması, Fətullah Gülənlə Ərdoğan arasında balansı qorumağa çalışması Ankarada o şübhəni oyatdı ki, darbənin sifarişi Qərbdən verilib. Hadisədən dərhal sonra AKP və Ərdoğanın sərt bəyanatlarla Güləni Vaşinqtondan istəmələri, Vaşinqtonun da bu istəyi geri çevirməsi, hadisənin arxasında Qərbin dayandığı ehtiamlıyla Ankaranın əlinə yeni ip ucu verdi.

AKP-yə görə, nə FETÖ darbəsində, nə terrorizmlə mübarizədə, nə də Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozanda bu ölkənin Qərb və NATO-dakı müttəfiqləri müttəfiq kimi hərəkət etmədilər.Əksinə, PYD və İŞİD kimi terror təşkilatlarının Türkiyəyə gedən yolunu açdılar.Üstəgəl, Rusiya ilə yaxınlaşmağa adekvat olaraq, Türkiyənin Suriya siyasətində getdiyi dəyişiklik Qərbin bu ölkəyə qarşı olan soyuq münasibətini bir qədər də sərtləşdirdi.

Hadisələr Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinədək inkişaf etdi. Qətldən dərhal sonra Moskva və Ankaradan verilən açıqlamada sui-qəsddə amerikan praktikasının göründüyü açıqlamaları verildi.Bu, Türkiyənin Qərblə münasibətlərini qırılma həddinə gətirdi və NATO-dan çıxmaq məsələsi yenidən gündəmə oturdu.

Kopenhagendə müzakirə

NATO daxilində də anti Türkiyə ab-havası hökm sürür. Darbədən sonra Türkiyədə edam cəzasının qanuniləşdirilməsi və ölkənin prezident idarəetmə sisteminə keçməsi məsələsinin AKP və Ərdoğan tərəfindən gündəmə gətirilməsinə NATO-dan verilən açıqlama sərt oldu.
Alyansın baş katibi Yens Stoltenberq bildirdi ki, edam cəzası qanuniləşcəyi halda Türkiyə NATO-dan çıxarıla bilər. İzmir terrorundan sonra baş nazir Binəli Yıldırım hər iki məsələnin hələ də hökumətin gündəliyində olduğunu xatırladaraq NATO-nu bir az da qıcıqlandırdı. Türkiyə KİV-lərində yayılan məlumatlara görə, üzvlük məsələsinin Konpenhagenin müzakirəsinə çıxarılacağı alyans yetkillərinin müzakirə mövzusudur.Türkiyədən olan nüfuzlu siyasət adamlarının isə qənaətləri budur ki, Kopenhagenin müzakirəsini gözləmədən AKP NATO-dan çıxmaq barədə qərar qəbul də bilər.

"Tramp vəziyyəti dəyişə bilər"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət"ə bildirib ki, Türkiyənin NATO, yaxud "Qərb bloku"ndan uzaqlaşması mümkündür. E.Şahinoğlu bunun üçün Ankaranın kifayət qədər səbəblərinin olduğunu diqqətə çatdırıb: "Çünki Türkiyə terrorla mübarizədə Qərb və NATO-dan istədiyi dəstəyi ala bilmir. İndi buna qarşı İncirlik bazası məsələsini qoyublar.Türkiyə Suriyada İŞİD-ə qarşı savaşır, amma öz ərazisindəki İncirlik bazasındakı müttəfiqlərindən dəstək ala bilmir. Amma inanmıram ki, bu tezliklə baza ilə bağlı qəti qərar versin. Çünki iki həftədən sonra ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimi olacaq.Ankara istəməz ki, indidən Trampla münasibətlər korlansın. Amma bununla ABŞ-a mesaj göndərir ki, silahlı kürdlərə yox, öz müttəfiqinə dəstək versin. Digər yandan Rusiya və Türkiyə arasında ciddi yaxınlaşma qeydə alınır.Qərb bununla hesablaşmağa çalışacaq.Qərb Türkiyəni itirmək istəməyəcək, Türkiyə üçün də Qərbi itirmək yanlış olardı.Çünki Rusiyaya da etibar yoxdur.Rusiyapərəst siyasət aparıb, Kreml Türkiyəni yarı yolda qoysa, bu zaman Qərblə əməkdaşlıqdan da olacaq.Düşünürəm ki, bu baxımdan balanslaşdırılmış siyasət yürüdülməlidir.Qərb də gərək öz siyasətini ciddi çəkildə korrektə etsin.Düşünürəm ki, Donald Trampın Türkiyə siyasəti Barak Obamadan müsbət mənada fərqli olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1145   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel