Azərbaycanlı kişi prodüser süni mayalanma ilə ata olacaq

Azərbaycanlı kişi prodüser süni mayalanma ilə ata olacaq"Ailə qura bilməsəm, gedəcəyəm Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacağam."

Bunu prodüser Tarix Əliyev (Tolik) rejissor Nail Naiboğlunun "Stop" (Youtube İN TV) layihəsində deyib. O, şou-biznes nümayəndələri kimi ailə qurmaq istəmədiyini dilə gətirib:

"Atam xəstəxanada əməliyyat olunanda dedi ki, "nəvəm olsaydı, yanımda qalardı." Pis oldum. Getdim evə ağladım. Öz-özümə düşündüm ki, mən atamı aldada bilmərəm. Mən həyat qursam bir dəfə quracam. Biznes əhli kimi deyiləm, 1000 nəfər cağırım, toy edim, pul yığım, səhər çıxıb gedim, haradasa gəzim, 3 aydan sonra deyim ki, bizimki düz gəlmədi. Mən kiminsə qızını dədbəxt edib, kimisə aldada bilmərəm. Elə bir insanla ailə qurmalıyam ki, o, məni olduğum kimi qəbul eləsin. Gedib 19 yaşında qız alıb gətirib bədbəxt edə bilmərəm. Onun dünyaya baxışı ilə mənim baxışım arasında fərq çoxdur. Qismət, ailə qura bilməsəm gedəcəyəm Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacağam."

Tarix Əliyev süni mayalanma yolu ilə dünyaya gələcək uşağı Azərbaycana gətirib burada böyüdəcəyini qeyd edib: "Biləcəm ki, o, mənim uşağımdı. Gətirib onu Azərbaycanda xoşbəxt, firavan yaşadacam".

Şou-biznes   Baxılıb: 2079   Tarix: 09 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az