Erməni yazıçıdan çağırış: "Azərbaycan uşağını öldürən kəs..."

Erməni yazıçıdan çağırış: "Azərbaycan uşağını öldürən kəs..."Serj Sarkisyana ölüm hökmü tələb edən yazıçı, onu dəstəkləyənləri terrorçu adlandırıb

Erməni millətçiləri sosial şəbəkələrdə ABŞ-da yaşayan yazıçı Anna Paytyana qarşı, sözün əsl mənasında, gözümçıxdı kampaniyası təşkil ediblər. IstiPress virtualaz.org-a istinadən bildirir ki, erməni cəmiyyətinin təcavüzkarlıqla köklənmiş hissəsinin bu qəzəbli reaksiyasının səbəbi yazıçının Xocalı soyqırımını ittiham edən cəsarətli bəyanatı və qanlı qətliamı təşkil etmiş cəlladların cəzasını tələb etməsidir. Məşhur yazıçını həmin bəyanatdan dərhal sonra erməni xalqının düşməni çıxardılar, Azərbaycan xüsusi xidmət orqanlarının agentinə çevirdilər, həmçinin ruhi xəstə elan etdilər. Bundan başqa, millətçilər Anna Paytyanın ümumi dostları və tanışlarını aşkar edərək onların ünvanına təhdidlər yollamağa başlayıblar.

Azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını təşkil etmək ehtiyacı haqqında təklif irəli sürənlər də tapılıb."Bu qədər zəhlətökən rəqibdən qurtulmaq üçün ermənilər yeni Xocalı təşkil etməyə məcbur olacaqlar. Bu müharibənin başqa nəticəsi yoxdur", - sosial şəbəkə istifadəçisi Nune Mkrtçyan (Mkrtchyan Nune) yazıb. Ədalət naminə qeyd etməyə dəyər ki, Anna Paytyanı müdafiə etməyə cəsarət edənlər də var. Məsələn, Gümridən fəal Anna Avetisyan.

"Siz birmənalı haqlısınız. Bunlar isə yalnız təbliğatla məst edilmiş xalqdır, nə arxivi oxuyublar, nə də tarixi. Onlardan hətta birinə cavab vermək kifayətdir ki, ölkəni ümumi hürüş, səs-küy bürüsün", - Avetisyan qəzəblə bildirib.

Yazıçı Anna Paytyanın onu zəhərləyənlərə cavabı da özünü çox gözlətməyib.

"Serj Sarkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur. Qulaq asın, boz canavarlar sürüsü. Siz, sanki, yəhudilərə nifrət yayan antisemitlərsiniz, Serjikin puluna türklərə, gürcülərə, azərbaycanlılara və s. xalqlara nifrət yayırsınız. Sizin hamınızı həbs etmək və normal cəmiyyətdən təcrid etmək lazımdır, çünki siz terrorçusunuz. Serj Sarkisyan iddia edir ki, Xocalı soyqırımı olmayıb, bu, açıq yalandır. Bu insan ölüm cəzasına məhkum olunmalıdır... Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək. Serj Sarkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası!", - Anna Paytyan qətiyyətlə bildirib.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2119   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021