Azərbaycan banklarından "qara bazarı" canlandıracaq qərar

Azərbaycan banklarından "qara bazarı" canlandıracaq qərarBəzi banklar vətəndaşdan dolları alarkən elə prosedur tətbiq edirlər ki, bu dollarını gətirib bankda satmaq istəyən vətəndaşları qara bazara yönəldir. Çünki, bankda dəyişmək istəsələr hesab açmalı, bunun üçün yarım saat gözləməli, bundan başqa hesab açılması üçün əlavə pul ödəməlidirlər. Ekspertlər bildirir ki, bəzi bankların bu cür addımı yolverilməzdir və bu qara bazarın canlanmasına təkan verməkdən başqa bir şey deyil.

Son günlər bir çox vətəndaşlar banklara gedib dolları manata çevirmək istəyərkən maraqlı bir mənzərə ilə qarşılaşırlar. Bankdan deyilir ki, siz bunun üçün şəxsiyyət vəsiqəsi təqdim edərək bankda hesab açdırmalısız. Belə olan təqdirdə vətəndaş müəyyən qədər vaxt itirdikdən sonra dolları manata çevirə bilir..Bankların dollar alışına qoyduğu qadağalar müəyyən mənada başadüşülən olsa da, vətəndaşın dolları banka satarkən hansısa məhdudiyyətlə qarşılaşması anlaşılan deyil.

Çünki bu halla qarşılaşan istənilən vətəndaş dollarını bankda deyil qara bazarda satmağa meylli olur. İqtisadçı alim Vüqar Bayramov bildirir ki, bankların bu cür addım atması hətta mərkəzi bankın qoyduğu qaydalara da ziddir.

Ekspert bildirir ki, bəzi bankların dolları vətəndaşlardan alarkən yaratdığı maneələr ancaq qara bazarın fəaliyyətinin artmasına və turistləri Azərbaycandan uzaqlaşdırmağa xidmət edir.

Vüqar Bayramov bəzi banklar dollar alışı zamanı tətbiq etdiyi qanunsuz tələblərin qarşısını almaq üçün aidiyyatı qurumlarının ciddi nəzarətinin vacibliyinə diqqət çəkir.

Ekspertin fikrincə vətəndaşlardan dollar alışının asanlaşdırması bankların da faydasınadır. Çünki, bankların dollar əldə etməsi onların xarici valyuta ilə olan öhdəliklərini yerinə yetirməsi üçün vacibdir. Bundan başqa banklar dollar satışını çətinləşdirəndə panika yaranır və dollara təlabat artır. Belə süni qeyri-sabit maliyyə şəraiti isə nə bankların, nə də vətəndaşların faydasınadır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2158   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021