"Reina"da terroristi təpikləyən şəxsdən ŞOK AÇIQLAMA - FOTOLAR

İstanbul "Reina" hücumu anında terrorist Abulgadir Mashnaripovun əlindəki "flashbang"a təpik atan 28 yaşlı TB, başına gələnləri danışıb.

İstanbul "Reina"da yeni il gecəsi 39 adamı qətlə yetirən Abdulgadir Mashnaripovu hücum anında təpikləyən 28 yaşlı TB, "Reina"ya nişanlısı və bir qrup yoldaşıyla getmişdi. Yoldaşları Mustafa Sezgin Seymen və Mustafa Kaya, o gecə can verdi. TB, yaşadıqlarını belə izah etdi:

Yanımızda VURULDU

"Axşam yeddi nəfər "Reina"ya getdik. Rəhmətlik Mustafa Sezgin Seymen və nişanlısı, mən və nişanlım. Bir başqa nişanlı cüt və bir subay yoldaşımız da bizimlə birlikdə idi. Mən gəmi kaptanıyım. Hamımız dənizçilikdən tanışıq. Gedərkən narahatlıq yaşadıq. Bir narahatlıq vardı amma məkana girdikdən sonra qalmadı. Yerimizdə otururduq. Rəhmətlik Mustafa üç dəqiqə əvvəl tualetə qalxmışdı. Nişanlısı yanımızda idi.

Vurdum əlindəki "flashbang" partladı

Olduğumuz yerdə iki sarışın qız vardı. Biri başından, digəri ayağından vuruldu. Başından vurulan, bizim yanımızda idi. İlk anda o hərəkətləndi. Döyüş var sandıq. Musiqidən ötəri silah səsini eşitməmişdim. Sonra silah səsləri eşidildi, yerə yatdım. Qızlar şoka girmişdi. Mən bir az gizləndim. Mustafa tualetə gedərkən (gülləyə) tutuldu, bildim. Digər yoldaşımız da vuruldu. Xeyli silah səsi gəldi. Beş dəqiqə şiddətli şəkildə davam etdi. Məkan barıt iyi verirdi. Hər kəsi öldürəcək sandıq. Terrorist bizim yaxınımızda da atəş etdi. Arxamızdakı lojada vurulanlar oldu. Yerdə biri üzüstə yatırdı, ölmüşdü.

"Nəfəs alma" DEDİM

Silah səsləri kəsiləndə ətrafa göz gəzdirməyə başladım. Nişanlımla yan yanaydım, bir-birimizə baxdıq. Hər kəs yatmışdı və özünü ölmüş kimi aparırdı. Biri yerdə inildəyir, "qız dostum vuruldu" deyirdi. "Sus" dedik. Hərəkət edənləri xəbərdar etdik. Nişanlım, "Gəlir" deyə qulağıma pıçıldadı. "Gözünü bağla, nəfəs alma" dedim. Daha əvvəl flashbang partlatmış və silah səsləri eşidilmişdi. Sol əlində flashbang vardı. Sağ əli ilə pin çəkdi. Elbombası sandım. Əvvəl qeyd etdiyim kimi: Əvvəl bomba partladar, sonra atəş açar deyə düşündüm.

Əlində silah GÖRMƏDİM

Nişanlımla mənim ayaq tərəfimizdə diz çökdü. "Allahu əkbər" deyə qışqırdı. "Xeyr, xeyr" deyərək təpik atdım. Təpik atmamla bomba əlində partladı. On saniyə müddətlə məndə də korluq oldu, qulaqlarım tutuldu. Çünki bomba üzümdə partlamışdı. Partlayınca güclü işıq və azca alov çıxdı. Sağ ayağım 20 dəqiqə yandı. Mən onu səs bombası sandım.Yanımıza gəldiyində, "flashbang"ı yavaşca buraxıb çəkiləcəkdi deyə düşünürdüm. Özümüzü müdafiə edə bilməzdik. Partladıb insanları dəli edərək silahdan istifadə edəcəkdi. Əlində silah görmədim. Bizi vurmasın deyə gözlədik. Çünki silah səsləri davam edirdi. Mən tək olmadığını düşünmüşdüm. Tek olduğunu bilsəm, təpiyi davamını gətirirdim. Öldürmə hərəkəti edərdim. Tutma və təsirsiz hala gətirmə imkanım vardı. Bunu edə bilmədyim üçün çox üzüldüm. O an cəsarət edə bilmədik. Beş dəqiqə sonra "Təslim ol" səsləri gəldi. Hərəkət edənləri vurmaq üçün söyləyir deyə düşündüm. "Polis yanımıza gələnə qədər kimsə qalxmasın" dedim. Sonra xüsusi təyinatlılar gəldi. Məncə bunu tək başına etməsi qeyri-mümkün. Heç kimsə girdiyi məkandan bu qədər rahat çıxa bilməz. Bu əvvəldən planlaşdırılıb. Əlini qolunu yelləyə yelləyə içəri girir. Ona içəridən cib telefonuyla məlumat verən biri olduğunu düşünürəm. Bu adamın mütləq bir dəstəkçisi var idi".

Mənbə: day.az
"Reina"da terroristi təpikləyən şəxsdən ŞOK AÇIQLAMA - FOTOLAR"Reina"da terroristi təpikləyən şəxsdən ŞOK AÇIQLAMA - FOTOLAR"Reina"da terroristi təpikləyən şəxsdən ŞOK AÇIQLAMA - FOTOLAR"Reina"da terroristi təpikləyən şəxsdən ŞOK AÇIQLAMA - FOTOLAR"Reina"da terroristi təpikləyən şəxsdən ŞOK AÇIQLAMA - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1750   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21 aprel
.

238 rəsmi seçkidə məğlub olub: Ona "Seçki kralı" deyirlər -VİDEO

Hindistanlı K.Padmarajan 238 seçkiyə qatıldığı və hər dəfə məğlub olduğu üçün "Seçkilər kralı" və "Dünyanın ən bədbəxt namizədi" adlandırılıb. -ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, son 30 ildə Hindistanın Tamilnad ştatından olan 65 yaşlı təmirçi K.Padmarajan yüzlərlə seçkid

22 aprel
.

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Türkiyənin Bursa şəhərində yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Baş verən davada 16 yaşlı gənc anasına qışqıran atasına bıçaqla xəsarət yetirib. Hadisə saat 23:00 radələrində evdə baş verib. 42 yaşlı ata və 38 yaşlı ana arasında evdə mübahisə baş verib

23 aprel
.

HƏMAS lideri: "Türkiyə Qəzza üçün qarant ölkə olmalıdır"

Rusiya, Misir, Qətər və Türkiyə Qəzza zolağının təhlükəsizliyinin təminatçısı olmalıdır. Bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə çıxış edib. O, "A Haber" telekanalına müsahibəsində bildirib ki, HƏMAS-ın bu məsələdəki tələbləri qüvvədə qalır. "Bi

21 aprel
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21 aprel
.

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə dünən səhər saatlarından axtarışda olan taksi sürücüsü Akif Eymür güllə yarası ilə meşədə ölü tapılıb. Əldə edilən məlumata görə, Kastamonuda dünən saat 11:00-dan bəri yaxınları taksi sürücüsündən xəbə

23 aprel
.

Almaniyada avtobus qəzasında azı 27 yeniyetmə xəsarət alıb

Almaniyada avtobusun qəzaya uğraması nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb. "Report" xəbər verir ki, bu barədə polisin məlumatında deyilir. Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib. Naməlum səbəbdən ikimərtəbəl

21 aprel
.

İranın xarici işlər naziri İsfahan üzərində vurulan PUA-ları uşaq oyuncağı adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 19-da səhər İsfahan əyalətinə pilotsuz uçan aparatlarla (PUA) hücumun İsrail tərəfindən edildiyini təsdiqləməyib və onları "uşaq oyuncaqları"na bənzədib. "Dünən baş verənlər zərbə deyil. Bu, daha çox uşaqlarımızın oynadığı oyuncaqlar

21 aprel
.

Rusiyanın bu bölgəsində insanlar təcili təxliyə edilir

Rusiyanın Kurqan vilayətinin Belozersk dairəsində yerləşən kəndlərin sakinləri Tobol çayında suyun səviyyəsinin qalxması səbəbindən təcili təxliyə edilir. xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb. "Söhbət Ekimovo, Reçkino və Pamyatnoyedən gedir. Dərhal, evakuasiya edin"

22 aprel