Azərbaycanlı müğənnidən şok etiraf : "Mənə cadu ediblər"

Azərbaycanlı müğənnidən şok etiraf : "Mənə cadu ediblər"Müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" proqramının "Gəlmələr" rubrikasının qonağı olub.

İfaçı sənətə gəlməmişdən əvvəl bir çox sahələrdə işlədiyini bildirib:

"Azərbaycan dili üzrə müəllimə işləmişəm. Həyatımın 90% -i Lənkəran şəhəri ilə bağlıdır. Hərdən bəzi sözlər eşidirdim ki, kiminki ailə həyatı alınmır, gedib müğənni olur. Çox ayıb olsun, onu deyənlərə. Mən boşanandan 8-9 il sonra səhnəyə gəlmişəm.

Mən bu sahəni həmişə özümə hobbi kimi görmüşəm, amma sənət kimi sevməmişəm. Mən həmişə diplomat olmaq istəmişəm. Bir müddət Nəsimi Rayon Polis İdarəsində dəftərxana müdiri işləmişəm. Yarış əsnasında hər dəfə burda işləyən uşaqlar öz ciblərindən pul yığıb səs verirdilər. Mən də onlara dedim ki, siz o pulu mənə verin, mən özümə səs verərəm. Həmin ərəfədə kirəyə evdə qalırdım. Həmin pulla kirayəmi ödəyirdim. Halal edin".

İ.Qasımova dəfələrlə ona cadu olunduğunu da bildirib:

"Mənim yolumu bağlamaq istəyiblər. Onları Allaha tapşırıram. Amma özümdə falçı yanına getmişəm, maraqlı gəlirdi mənə. Bir dəfə kofe falına baxırdırdım, dediklərinin 90 faizi həyata keçib".

mənbə: big.az

Şou-biznes   Baxılıb: 2083   Tarix: 10 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az