Putin Amerikanın məhvini təxirə saldı - Ən öldürücü silah idi - FOTOLAR

Ağır iqtisadi situasiyaya görə Podolsk elektromexanika zavodu "Yars" raket kompleksləri üçün avadanlıqları istehsal edə bilmir.
Bu haqda Rusiyanın "Kommersant" nəşri yazıb.
Nəşrin yazdığına görə, bununla da dövlət sifarişlərinin icrası təhdid altına düşüb. Söhbət raket komplekslərin işəsalma qurğularının hidravlik sistemlərinin elementlərindən gedir.
Qitələrarası RS-24 "Yars" ballistik strateji raket kompleksi 2000-ci illərdə RT-2PM2 "Topol-M" komplekslərinin inkişafı çərçivəsində hazırlanan raket 2009-cu ildə Rusiyanın strateji təyinatlı raket qoşunlarının arsenalına daxil edilib.

2016-cı ilin əvvəlinə olan məlumata görə, strateji təyinatlı raket qoşunları bu tipli 73 raketə malikdir. Rusiya ordusu 2014-cü ildə 16, 2015-ci ildə 24 RS-24 "Yars" raketi alıb. 2016-cı ildə isə strateji təyinatlı raket qoşunlarının müxtəlif diviziyalarının beş raket alayına 19 "Yars" raketi verilməli idi.
Son illər Rusiya geniş əraziləri üzrə yerini dəyişdirən mobil komplekslərini özünün qitələrarası ballistik raketləri ilə əvəz edir. RS-24 "Yars" raketləri bu sinfin ən yeni nümayəndəsidir. Raket müstəqil manevr etmək qabiliyyətinə malik olan dörd hissədən ibarətdir və onların hər biri 150-dən 250 kilotona qədər nüvə yükü catdıra bilir. Müqayisə üçün deyək ki, Xirosimaya atılmış bombanın gücü 15-dən 18 kilotona qədər təşkil edirdi.

"Yars" raketinin uçuş məsafəsi 11 min kilometr təşkil edir. Buna görə də raket Birləşmiş Ştatların əsas hissəsi, Alyaska və Havay adalarının istənilən nöqtəsini vurmağa qadirdir. Raketin hədəfə çatdırılması üçün QLONASS sistemindən istifadə olunur (GPS peyk naviqasiya sisteminin Rusiya versiyası). Raketin radial səhvi 250 metr təşkil edir. Belə dəqiqlik "Yars" raketini ən təhlükəli zərbə silahı edir.
ABŞ mediası "Yars" raketini 2030-cu ildə Rusiya silahının 5 ən öldürücü nümunəsi arasına daxil edib. Hərbi ekspertlər hesab edir ki, Rusiya və ABŞ arasında mümkün qarşıdurmada sözügedən raketlər ABŞ ərazisinə öldürücü zərbə vurmaq üçün Moskvanın əlindəki əsas silah olacaq.

Mənbə: publika
Putin Amerikanın məhvini təxirə saldı - Ən öldürücü silah idi - FOTOLARPutin Amerikanın məhvini təxirə saldı - Ən öldürücü silah idi - FOTOLARPutin Amerikanın məhvini təxirə saldı - Ən öldürücü silah idi - FOTOLARPutin Amerikanın məhvini təxirə saldı - Ən öldürücü silah idi - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2679   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO

Almaniya prezidenti Frank Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdə olan zamanı rəngli görüntülər qeydə alınıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ştaynmayer Almaniyanın Tarabyadakı səfirliyinin yay iqamətgahında dönər kəsərək ətrafdakıları qonaq edib. O, bildirib ki, Almaniyada dönərdən dah

23 aprel
.

Narkotik çəkib, özünü yandırdı - VİDEO

Park edilmiş avtomobilin içərisində yanmış kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. İddiaya görə içdiyi narkotik vasirıni üzərinə tökərək özünü yandırıb. Hadisədən sonra əraziyə çoxlu polis, sağlamlıq və hadisə yeri araşdırma qrupları göndərilib. Poli

22 aprel
.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasını

23 aprel
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23 aprel
.

İntihar edən şəxsin məzarını açıb CANLI YAYIMDA yandırdı -Səbəbi hər kəsi ŞOK ETDİ - VİDEO

Türkiyədə intihar edən şəxsin məzarını yandırıblar. xarici mediaya istinadən xəbər verir ki, intihar edən şəxsin bir şəxsə borcu olub. Həmin şəxs intihar edən borclusunun məzarını açıb yandırıb. Borcu verən şəxs həmin anları sosial şəbəkədə canlı yayımlayıb. Hücum edən şəxs mərhumu təhqir edib: "B

23 aprel
.

Azyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO

Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

"Məni vecinə almadınız" dedi, xəstəxanaya hücum etdi - VİDEO

Müalicə üçün gələn və ona baxılmadığını iddia edən şəxs xəstəxanaya hücum edib. xarici mediaya həmin şəxs ov tüfəngi ilə xəstəxanaya hücum edərkən saxlanılıb. Təcili xidmətin girişi qarşısında polis qrupları tərəfindən saxlanılan şəxs ilk ifadəsində boğaz xərçəngi olub-olmaması üçün müayinə olunmaq üçü

24 aprel
.

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Qaziantepdə borc məsələsi zəminində çıxan davada 47 yaşlı Devrim Keleş çubuqla döyülərək öldürülüb. -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə gecə saatlarında Şehitkamil rayonunun Boyno rayonunda baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Devrim Keleşlə bir qrup şəxs arasında borc məsələsin

23 aprel