"Başqa məktəblərə də gedəcəyik" - ayaqyolunda görüntüsü yayılan aparıcı

"Başqa məktəblərə də gedəcəyik" - ayaqyolunda görüntüsü yayılan aparıcıTeleaparıcı Azər İsmayılov ATV-də yayımlanan "Yoxlama" verilişinin Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə çəkiliş etdiyi zaman yaşanan qalmaqaldan danışıb.

Teleaparıcı bildirib ki, çəkiliş heyəti o məktəbə çoxsaylı şikayətlər əsasında gedib: "Məsələ ilə bağlı ATV-dən rəsmi açıqlama verildi. Ölkədə qayda-qanun var. Biz özbaşına heç yerə getmirik. Hadisəyə fikir bildirməyimi istəyiblər, susmuşam. Çünki susmaq qızıldır. Haqsız olsaydım, çıxıb özümü müdafiə edərdim. Sözügedən məktəbdə antisanitariya var idi, biz də çəkdik. Deyirlər ki, oraya 12 nəfərlə getmişik. Yalandır. 3 operator, bir mən, bir də mühafizəçi olub. Mühafizəçini dava-dalaş üçün aparmırıq. O, bizim öz təhlükəsizliyimizi qorumaq üçün yanımızdadır. 3 məktəbdə olduq, hamısında vəziyyət eyni idi. Biz o məkanlara şikayət əsasında getmişik. 171 nömrəli məktəbdə dərs zamanı idi, amma məktəbi səs-küy bürümüşdü. Bizə dedilər ki, tənəffüsdür. Amma otağın şüşəsi qırıq qapısından baxıb gördüm ki, əslində dərsdir. Deyirlər ki, mən məktəbliyə əl qaldırmışam. Şamaxıda bizə hücum olanda mən heç kimə əl qaldırmadım. Əgər orada sakit qala bilmişəmsə, uşağa necə əl qaldıra bilərəm? Bütün bunlar layihəni ləkələmək üçündür. Bundan sonra da məktəblərə yoxlamaya gedəcəyik. Nəinki məktəblər, digər ictimai məkanlarda da yoxlama aparacağıq. Bağçalara, universitetlərə, iaşə məkanları, otellərdə də çəkiliş edəcəyik. Biz başlayanda restoranların çoxunda tarakan vardı. Biz onları göstərəndən 1 ay sonra Bakıdakı heç bir məkanda tarakan aşkarlanmadı. Bunun nəyi pisdir ki? Biz də xalq üçün çalışırıq. Biz iaşə məkanlarına deyirik ki, işinizi yaxşı görün ki, sizi çəkəndə anti-reklamınız deyil, reklamınız olsun".

A.İsmayılov onu reketlikdə, restoranlardan pul almaqda ittiham edənlərə də cavab verib: "Azərbaycanda kimdənsə pul almışıqsa, ortaya çıxsın, mətbuatda açıqlamalar versin. Düzdür, bizim adımızdan istifadə edənlər olub. Kimisi gedib adımızdan pul alıb, kimisi deyib çəkilişə gələcəyik pul verin. Bu haqda dəfələrlə efirdə demişəm. Bildirmişəm ki, məni görməsəniz, gələnlərə inanmayın, hüquq-mühafizə orqanlarına müraciət edin. Biz təmənnasız gedib çəkiliş edirik. Elə adamlar var ki, bizə reklam şərtləri ilə çəkiliş təklif edir. Və ya kiminsə kiminləsə prinsipi var, bizi ora yönləndirmək istəyir. Bu cür halların qarşısını almaq üçün əvvəlcədən də o məkanı araşdırırıq. Bizə sosial şəbəkələr vasitəsilə çoxsaylı şikayətlər gəlir. Hazırda məkan sahiblərinin çoxu bir-birini tanıyır. Biz kimdənsə pul alsaq, o biri də məlumatlı olar. Bizim layihəyə xələl gətirmək istəyənlər iaşə məkanında problem olanlardır. Heç kim ideal deyil. Mən də, layihəm də ideal olmağa məcbur deyil. Bir nəfər sevir, biri nifrət edir. Həyatda bu cür hallar normaldır. Bu axşam proqram yayımlanacaq, o zaman hər şey daha da aydın olacaq"./musavat/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1312   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021