DƏHŞƏT! Anasına görə 2 yaşlı qız uşağını belə cəzalandırıb zibilliyə tulladı- 18+FOTOLAR

"Bu vəhşiliyi görəndə göz yaşlarımı saxlaya bilmədim. Hönkürüb ağladım, halbuki 22 ildən bəri bu hospitalda çalışıram, hər cür xəstə, yaralı görmüşəm".

Hindistanın paytaxtı Dehlidəki "Ganga Ram" hospitalının həkimi Narasinqha Prasab kövrəlib. O, balaca, 2 yaşlı Adityanın yanında durub göz yaşlarını silib.

2 yaşlı Aditya Racı oynadığı həyətdən oğurlamışdılar. Onun üzünə kükürd turşusu töküblər, sonra üzünün dərisi yanıb sallanan, ağrıdan və əzabdan nalə çəkən uşağı zibilxanaya atıblar. Ağlamaqdan səsi tutulan uşağı yoldan keçən qadın görüb və dərhal polisə zəng vurub. Hospitala aparılan Aditya reanimasiya bölməsindədir. Onun üzünün sağ tərəfi yanıb, sağ gözü kor ola bilər.

Polisdən verilən məlumata görə, uşağa qarşı cəlladlıq faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

Adityanın anası, 25 yaşlı Soni Prasad da ağlayır. Onun dediyinə görə, balasının başına gələnlərdə suçlu odur.

"Mənəm günahkar. Bunu kimin etdiyini bilirəm. Manqaladır, 27 yaşı var. O əclaf mənimlə evlənmək istəyən murdardır. Mənə məşuqəsi olmağı təklif etdi. Söydüm, rədd etdim. Əyyaş, narkoman birisidir. O şərəfsiz də məni cəzalandırmaq, məndən qisas almaq üçün oğluma qıydı, Adityanı bu günə qoydu. Ağlamaqdan az qalır ürəyim yatsın. Balama baxa bilmirəm. Aditya yeganə övladımdır", - Soni Prasad deyib.

Soni Prasadın sözlərinə görə, Manqala ona əxlaqsız təklif edən kimi bunu ərinə, 33 yaşlı Camnaya deyib.

Manqala pullu adam, Camna isə adi fəhlədir.

"Manqala məndən əl çəkmirdi. Harada görürdü, yaxınlaşıb "ərindən ayrıl, gəl birlikdə yaşayaq" söyləyirdi. Ərim nə edə bilərdi ki?! Manaqalanın pulu, adamları var. Ərimsə adi fəhlə..." - Soni söyləyib.

Onun sözlərinə görə, Manqaladan qurtulmaq üçün Dehlini tərk edərək Quruqram bölgəsindəki Şanti Naqar şəhərinə köçmüşdülər. Amma Manqala orada da Sonidən əl çəkməyib. Naçar ailə yenidən Dehliyə qayıdıb, çünki Şanti Naqarda iş yoxdu, Camna işsiz qalmışdı.

Hamiləliyin 8-ci ayında olan Soninin sözlərinə görə, əri onu sakitləşdirməyə çalışır: "Mənə deyir ki, oğlumuzu görəndə qorxmayım. Adityanı görməyə qorxuram. Qorxuram ki, ürəyim yatar".

"Ganga Ram" hospitalının həkimi, plastik cərrah Anuraq Pandeyin dediyinə görə, uşağı müalicə etmək üçün əllərindən gələni edirlər: "Adityanın sağ gözünün kor olmamasına çalışırıq. Cəlladlıqdır. Bu vəhşiliyə Tanrı dözər?!"

Mənbə: Unikal.org
DƏHŞƏT! Anasına görə 2 yaşlı qız uşağını belə cəzalandırıb zibilliyə tulladı- 18+FOTOLARDƏHŞƏT! Anasına görə 2 yaşlı qız uşağını belə cəzalandırıb zibilliyə tulladı- 18+FOTOLARDƏHŞƏT! Anasına görə 2 yaşlı qız uşağını belə cəzalandırıb zibilliyə tulladı- 18+FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2697   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda tələbələr geyimə görə universitetə buraxılmırlar

Tehranın Əmirkəbir Texnologiya Universitetinin qız tələbələri geyimlərinə görə universitetə buraxılmırlar. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb. Məlumata görə, tələbələrin laboratoriya geyimi ilə belə binaya giriş icazələri yoxdur. Bildirilib ki, İran universitetlərind

21 aprel
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22 aprel
.

Toy günü bəy gəlinin rəfiqəsinə qoşulub getdi

Çində toy gözlənilməz sonluqla bitib. Ölkə.Az "milliyet"ə istinadla xəbər verir ki, bəy və onun qohumları toya hazırlıq üçün səhər tezdən gəlinin evinə gəliblər. Gəlinin ailəsi gözlənilmədən bəyə bildirib ki, əgər onlara 500 min yuan verməsə, toy olmayacaq. Təəccüblənən bəy ona zarafat etdiklərin

22 aprel
.

Litva və Polşa birgə hərbi təlimlərə başlayıb

Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir. "Report" xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb. Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçini

21 aprel
.

İntihar edən şəxsin məzarını açıb CANLI YAYIMDA yandırdı -Səbəbi hər kəsi ŞOK ETDİ - VİDEO

Türkiyədə intihar edən şəxsin məzarını yandırıblar. xarici mediaya istinadən xəbər verir ki, intihar edən şəxsin bir şəxsə borcu olub. Həmin şəxs intihar edən borclusunun məzarını açıb yandırıb. Borcu verən şəxs həmin anları sosial şəbəkədə canlı yayımlayıb. Hücum edən şəxs mərhumu təhqir edib: "B

23 aprel
.

14 yaşlı qız narkoman atasını yatarkən bıçaqlayaraq öldürdü - Səbəbi araşdırılır

Türkiyədə 14 yaşlı qız atasını yatarkən bıçaqlayaraq öldürüb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. Xəbər üzərinə hadisə yerinə sövq edilə

22 aprel
.

İranın xarici işlər naziri İsfahan üzərində vurulan PUA-ları uşaq oyuncağı adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 19-da səhər İsfahan əyalətinə pilotsuz uçan aparatlarla (PUA) hücumun İsrail tərəfindən edildiyini təsdiqləməyib və onları "uşaq oyuncaqları"na bənzədib. "Dünən baş verənlər zərbə deyil. Bu, daha çox uşaqlarımızın oynadığı oyuncaqlar

21 aprel
.

Məktəbin ətrafında qadın paltarı geyinmiş kişi dolaşır, sən demə

Türkiyənin Burdur şəhərində olan məktəb ətrafında qadın geyimi ilə gəzənkişi saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, vətəndaşların şikayətindən sonra polis qruplarını hərəkətə keçirib. Budur valiliyindən verilən açıqlamada saxlanılan şəxsin psixoloji pozuntusu olduğu və xəstəxanada müalic

22 aprel
.

Yeniyetmələr tüfənglə video çəkib, sosial şəbəkədə paylaşdılar - VİDEO

3 yeniyetmə tüfənglə video çəkib sosial şəbəkədə paylaşıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Çəkdikləri videonu sosial media hesablarında paylaşan 3 gənc polis tərəfindən saxlanılıb. Gənclər ifadələrində videonu yumoristik məqsədlə çəkdiklərini bildiriblər. 3 gənc barəsind

22 aprel