Azərbaycanda tikinti materialları BAHALAŞDI

Azərbaycanda tikinti materialları BAHALAŞDIDolların bahalaşması digər sahələr kimi tikinti materialları bazarına da təsir edib.

Burada söhbət təkcə xaricdən idxal olunan tikinti materiallarından getmir. Yerli istehsal olan tikinti materiallarının da qiyməti qalxıb. Ekspertlər deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olan məsələdir. Və yaxın zamanlar üçün tikinti materiallarının qiymətinin aşağı düşməsi barədə heç bir proqnoz verilmir.

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı modern.az-a açıqlama verib.

Ekspert ayrı-ayrı istehlak bazarlarındakı qiymət artımının indiki şəraitdə başa düşülən olduğunu bildirib.

"Bunun müəyyən iqtisadi əsaslandırması da var. Çünki ümumi bazarda olan tikinti materiallarının 40 faizi idxal olunan tikinti materiallarının payına düşür. Azərbaycanda dolların kursunun günü-gündən yuxarıya doğru dəyişməsi qeyri-təbii də olsa Azərbaycan bazarında infilyasiya norması yaradır. Qiymətlərdə artım müşahidə olunur. Bu tikinti materialları bazarında da öz təsirini göstərir. Əsasən də xaricdən idxal olunan məhsullarda. Konkret desək, taxta və taxta məmulatlarına aid olan məhsullar dik, dvp, dəmir və dəmir məmulatları, dam örtükləri, armatur kimi tikinti materiallarının qiymətində 5 faizlik artım var. Bu artımlar da alıcıların diqqətini cəlb edir".

Ramil Osmanlı hesab etmir ki, indiki şəraitdə süni qiymət artımları və cəhdləri var.

" Sadəcə olaraq, bu sahə ilə məşğul olan sahibkarlar dollarda itirdiklərini məhsulların üzərinə gəlməklə itkilərini kompensasiya etməyə çalışırlar. Əgər Mərkəzi Bank manatın kursunu sabiq mərhələyə gətirib çıxararsa, mən hesab edirəm ki, istehlak bazarlarındakı qeyri-müəyyənlik aradan qalxar. Bu da ticarət dövriyyəsinin artmasına gətirib çıxara bilər. Müaliyyə Nazirliyi və Mərkəzi Bankın rəhbərliyi tez-tez manatın ədalətli kursundan danışırlar. Mən hesab edirəm ki, o ədalətli kursun tapılması üçün əslində şərait yaratmaq lazımdır. Buna əngəl yaratmaq lazım deyil".

Ekspert bildirib ki, tikinti materiallarının qiymətinin qalxması ilə əlaqədar ev tikmək istəyən şəxslərin sayında kəskin azalma var.

"Azərbaycanda bu gün bütün istehlak bazarı üzrə sahələrdə mənfiyə doğru azalmalar var. Bu eyni zamanda fərdi yaşayış evlərinin tikintisinə də təsir göstərir. Hazırda tikinti tempinin kəskin şəkildə azalması müşahidə olunur. Biz bunu hətta çoxmənzilli binaların tikintisində də müşahidə edirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2107   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart