Səngəçaldakı partlayışın səbəbi ortaya çıxdı

Səngəçaldakı partlayışın səbəbi ortaya çıxdıDünən axşam saatlarında Səngəçal magistral qaz kəmərində baş vermiş qəza ilə əlaqədar "Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsi operativ tədbirlər görüb, nəticədə elektrik enerjisi istehsalında fasilə yaranmayıb və dayanıqlıq təmin edilib.

Sonxeber.az bildirir ki, bu barədə APA-ya "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirilib.

Onun sözlərinə görə, qaz təchizatında yaranan fasilə alternativ resurslardan istifadə zərurəti yaradıb: "Azərbaycan elektroenergetika sisteminin ən böyük generasiya gücünə malik stansiyası - Azərbaycan İES dərhal istehsal prosesində təbii qazdan mazut yanacağına keçib. İstehsal edilən elektrik enerjisinin 80%-i bu yanacaqdan alınıb".

Hadisə   Baxılıb: 1276   Tarix: 11 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az