"Reina" terrorçusu haqda YENİ FAKT: Polislərə atəş açıb qaçıb və...

"Reina" terrorçusu haqda YENİ FAKT: Polislərə atəş açıb qaçıb və...Bakırköydə polislərin maşında tutduğu "Reina" terrorçusunun polislərə atəş açıb, qaçdığı iddia edilir.

İddialara görə, yol polisləri yanvarın 2-də Bakırköydə içərisində "Reina" terrorçusunun olduğunu düşündükləri maşını saxlayıblar. Onlar Abdulqadir Maşarifova bənzəyən şəxsdən şəxsiyyət vəsiqəsi tələb ediblər. Bu anda maşının içərisində olan digər iki nəfər polislərə atəş açaraq qaçıblar.

Polis maşını avtomobilin arxasına düşüb. Polislər şübhəlinin avtomobilinin təkərini partladıblar. Sonra şübhəlilər izi itiriblər. Maşın Piyalepaşa məhəlləsində park edilmiş halda tapılıb.

Araşdırma aparılıb. Məlum olub ki, avtomobil oğurluq, nömrəsi isə saxtadır.\milli.az\

Dünyada   Baxılıb: 917   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR