Banklar dolların alış qiymətini aşağı saldı

Banklar dolların alış qiymətini aşağı saldıAzərbaycanda əksər banklar dolların alış qiymətini aşağı salıblar.

Ötən günlərdə bankların əksəriyyətində dolların alış qiyməti 1.8430 civarında olub.

Bu gün isə "Accessbank", "Unibank", "Kapital Bank", "Dəmir Bank", "Əmrahbank" , "Ag bank", "Turan Bank" dolların alış qiymətini ucuzlaşdırıblar. Hazırda bu banklarda dolların alış kursu alış kursu 1.7600 -1.7800 manat səviyyələrindədir.

Dolları ən baha alan banklar isə Bank of Baku (1.8300manat), Nikoyl Bank (1.8250 manat), PAŞA Bank (1.8230 manat), Rabitəbank (1.8220 manat), Caspian Development Bank (1.8200 manat), NBCBank (1.8200manat) dır.

İqtisadçı ekspert Natiq Cəfərli dolların alış qiymətinin aşağı salınması ilə bağlı açıqlama verib.

O bildirib ki, bunun səbəbi dünən keçirilmiş hərracla bağlıdır: "İlkin məlumata görə, hərraca daha çox vəsait çıxarılıb. Yəni 6 dəfə artıq vəsait çıxarılıb. Bu dollarla bağlı yaranmış ajiotajın aşağı düşməsinə xidmət edir. Mərkəzi Banka da Neft Fondundan böyük həcmdə transfertlərin olması onun da gələcəkdə hərraclarda yenidən iştirak etməsinə şərait yarada bilər. Banklara satılan dolların həcminin 5-6 dəfə artması satışın bərpa olunmasına xidmət edir. Gözlənilən odur ki, bu günlərdə yenidən banklarda dolların satışı bərpa olunacaq. Bu da məzənnnəyə də təsir edəcək. Mərkəzi Bankın qoyduğu 4 faizlik məzənnədən artıq satış həcminə gəlib çıxacaq. Buna görə də alışın daha ucuz olma ehtimalı var".

Mənbə: Qafqazinfo
Banklar dolların alış qiymətini aşağı saldıBanklar dolların alış qiymətini aşağı saldıBanklar dolların alış qiymətini aşağı saldıBanklar dolların alış qiymətini aşağı saldıBanklar dolların alış qiymətini aşağı saldı

İqtisadiyyat   Baxılıb: 2111   Tarix: 11 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az