Xəzərdə itkin düşən neftçilərin ailə üzvləri hadisə yerində - FOTOLAR

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan verilən məlumata görə, baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Taninma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar. Qərargahda bildirildi ki, axtarış əməliyyatları, fasiləsiz həyata keçirilən tədbirlər dövlət başçısının daim diqqətindədir və Prezidentin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibi, axtarışlarda iştirak edən hər bir nümayəndə, təmsil olunduqları qurumlara məxsus müasir tələblərə cavab verən maddi texniki baza istifadə olunmaqla nefçilərin tezliklə tapılması üçün səylərini səfərbər ediblər.
Milli Mərkəzdə ən müasir tələblərə cavab verən axtarış — izləmə sistemlərinin quraşdırıldığını vurğulayan Dövlət Dəniz Administrasiyasının rəisi, hadisənin baş verdiyi rayonda hava şəraitinin, küləyin, sualtı və suüstü axıntıların istiqamətinin, sürətin hər an təhlil olunduğunu və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilərək, əməliyyatların uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirildiyini dedi. Bir daha vurğulandı ki, axtarış – xilasetmə qərargahı, itkin düşən neftçilərin hər bir ailə üzvünə əməliyyatların gedişatı ilə yerində tanış olmaq imkanını yaradıb. Bu gün ailə üzvləri axtarış – xilasetmə əməliyyatlarını izləmək üçün hadisə yerində də olub.
İtkin düşən neftçilərin ailə üzvləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin "Avior" dalğıc gəmiləri və digər yardımçı dalğıc gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6 helikopterinin, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlı qüvvənin və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual axtarışları davam etdirməsinin, SOCAR – ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri aparmasının, ilk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV" sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov" "Təbriz Xəlilbəyli" axtarış – xilasetmə gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməsinin şahidi oldular.

Mənbə: publika.az
Xəzərdə itkin düşən neftçilərin ailə üzvləri hadisə yerində - FOTOLARXəzərdə itkin düşən neftçilərin ailə üzvləri hadisə yerində - FOTOLARXəzərdə itkin düşən neftçilərin ailə üzvləri hadisə yerində - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1032   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021