MTN-in daha bir generalına cinayət işi açıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev "MTN işi" üzrə istintaqda dindirilib.
M.Şıxəliyev keçmiş işçisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirilsə də, özü barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.
Mövlam Şıxəliyev ifadəsində bildirib ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb: "2007-2007-ci illərdə həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləmişəm. Tabeçiliyimdə rəis müavini Təhsin Ağayev, İbtidai İstintaq İdarəsinin rəisi Yasim Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə baş müstəntiqlər və müstəntiqlər var idi".
Zərərçəkənlərdən biri Nizami Kazımov qeyd edib ki, V.Ələkbərov ondan 3 milyon manat tələb etdikdə imtina edib, bundan sonra Mövlam Şıxəliyev onu qəbul edib: "O mənə dedi ki, əgər Vüsalın tələb etdiyi pulu verməsəm, məni 8 ildən 12 ilədək həbsə atacaq. Mən pulumun olmadığını dedim, Vüsal məbləği 2 milyona saldı, yenə imtina etdim. Bir neçə gündən sonra Mövlam Şıxəliyev təkrar məni qəbul edərək 2 milyonu verməyimi tələb etdi. Dedi ki, əgər verməsəm, başıma torba salıb aşağıdakı "maskalılar"ın yanına göndərəcəklər".
M.Şıxəliyev bu epizod üzrə bildirib ki, Nizami Kazımov İstintaq Baş idarəsində "Texnika Bank" ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs olub: "Onunla heç bir münasibətim, əlaqəm, düşmənçiliyim və ya ədavətim olmayıb. Onu və qardaşı Arzu Kazımovu qəbul etdiyimi xatırlamıram".
General M.Şıxəliyevin adı bir sıra korrupsiya cinayətlərində hallanır. O hazırda ev dustaqlığındadır./qafqazinfo/
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1822 Tarix: 11 yanvar 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşHəyat yoldaşı və qızı Kürdə batan qadın DANIŞDI - VİDEO
"Dörd gündür axtarış gedir, balam tapılmır". Bu sözləri Baku TV-yə açıqlamasında həyat yoldaşı və qızı Kürdə batan qadın deyib. O bildirib ki, hamı kömək edir, lakin övladı tapılmır. Qeyd edək ki, aprelin 12-də Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanl
17 aprel"Puzzle Group"la keçmiş psixopedaqoqu arasında nə baş verib? (TƏFƏRRÜAT)
Beynəlxalq Aykido Federasiyasının İDDO proqramının Azərbaycan bölməsinin direktoru Fatimə Novruzova "Puzzle Group" Rsixo-Sosial Reabilitasiya Mərkəzinin rəhbərini məhkəməyə verib. Qaynarinfo-nun məlumatına görə, Fatimə Novruzova məhkəmədə iddia edib ki, 4 sentyabr 2022-ci il tarixdən Bakı şəhəri
17 aprelNaxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TNS saytı məlumat yayıb. Bildirilib ki, 2010-cu ildən bu vəzifədə çalışan Mənşur Gülməmmədlinin işdən azad olunmasının səbəbi yol verdiyi ciddi nöqsanlardır. Qey
17 aprelDaha bir sabiq deputat vəfat etdi
Keçmiş deputat, BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 86 yaşlı alim bu gün dünyasını dəyişib. Qeyd edək ki, İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. "91-lər"in tanınmış nümayəndələrindən olan İsgəndər Quliye
17 aprel"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF
Rəsmi statistikaya əsasən, Azərbaycanda ötən il ərzində 60 min 810 nəfər vəfat edib. Vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb. Rəqəmlərdən də göründüyü kimi, az qala 50 faizə yaxın insa
17 aprelAkif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birg
17 aprelBu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər
"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd
17 aprel