Aparıcı Azər 171 saylı məktəbə 12 nəfər "qoluzorlu" ilə girib, qeyri-etik ifadələrlə...TƏHSİL İDARƏSİ

Aparıcı Azər 171 saylı məktəbə 12 nəfər "qoluzorlu" ilə girib, qeyri-etik ifadələrlə...TƏHSİL İDARƏSİ"6 yanvar 2017-ci il tarixdə ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılov Bakı şəhəri Xətai rayonundakı Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə zorakılıqla çəkiliş aparmağa cəhd edib".

Bu barədə Bakı şəhər Təhsil İdarəsindən Sonxeber.az-ın sorğusuna cavab olaraq ATV telekanalında yayımlanan yoxlama verilişində Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin anti-sanitar vəziyyətdə olması ilə bağlı yayılmış görüntülərə münasibət bildirərkən məlumat verilib.

Bildirilib ki, Azər İsmayılov 12 nəfər idmançı görünüşlü şəxslə (özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu 27-28 yaşlı gənc oğlan, ATV gödəkcəsi geymiş 5 nəfər və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc) qapıçını itələyərək məktəbə daxil olub, təxminən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb. Onlar məktəbin müxtəlif ərazilərində, həmçinin siniflərə icazəsiz daxil olaraq çəkiliş aparıb, tədris prosesini kobudcasına pozublar. Azər və başının dəstəsi məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməyib, özlərini sözün həqiqi mənasında media təmsilçisinə xas olmayan tərzdə aparıblar. Onlar tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlə pedaqoji heyətin və şagirdlərin hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatlıq yaradıb, həmin "çəkiliş qrupu"nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında çaşqınlığa və vahiməyə səbəb olub.

"Bu hadisənin ən acınacaqlı tərəfi ondan ibarətdir ki, həmin "çəkiliş qrupu"nun əməkdaşlarından biri məktəbin 6-e sinif şagirdini kobudcasına itələyərək yıxıb və ona xəsarət yetirib. ATV kanalının "Yoxlama" verilişinin aparıcısı Azər öz nöqsanlarını "Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi" pafoslu ifadəsi ilə pərdələmək istəyir. Bu zaman təbii olaraq sual meydana çıxır ki, bunun üçün məktəbin qapıçısını itələyib məktəbə daxil olmaq, icazəsiz siniflərdə tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmaq, məktəb rəhbərliyinə qarşı saymamazlıq etmək, müəllimlərə və məktəbin texniki işçilərinə qarşı kobudluqlar etmək, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmaq və məktəbin şagirdlərinə xəsarət yetirmək lazım idimi ki, məqsədlərinə uyğun çəkiliş aparsınlar?!".

Aparıcı Azərin əlində əvvəlcədən çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin geyiminin, xarici görkəminin, makiyajının və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutulan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin, müəllimlərin yoxlanması səlahiyyətini ona kim verib və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı?! "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun bu səlahiyyətləri Azərə və onun dəstəsinə veribmi?! Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən "Yoxlama" verlişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun dəstəsi qoyulan bu suallara cavab versin.

Məlumdur ki, məktəblərin müvafiq meyarlar üzrə yoxlanması və fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Onu da qeyd edək ki, ötən il "Yoxlama" verlişi ətrafında yaranmış səs-küy və haqlı narazılıqlar aparıcı Azər İsmayılov haqqında kifayət qədər aydın ictimai rəy yaradıb.

Odur ki, eyni hərəkətlərin hamımız üçün müqəddəs olan məktəblərə də tətbiq edilməsi yolverilməzdir. Məktəbin pedaqoji kollektivi adından belə halları qətiyyətlə pisləyir, təhsil müəssisəsinin normal fəaliyyətinə kobud şəkildə mane olan və KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən bu cür neqativ hərəkətlərin yolverilməz olduğunu bildiririk.

Aysel Kərimova

Aparıcı Azər 171 saylı məktəbə 12 nəfər "qoluzorlu" ilə girib, qeyri-etik ifadələrlə...TƏHSİL İDARƏSİAparıcı Azər 171 saylı məktəbə 12 nəfər "qoluzorlu" ilə girib, qeyri-etik ifadələrlə...TƏHSİL İDARƏSİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3738   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021