Milli valyuta yox olacaq - şok proqnoz

Milli valyuta yox olacaq - şok proqnoz"10 il sonra avro olmaya bilər".

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Fransanın keçmiş İqtisadiyyat naziri Emmanuel Macron çıxış edib.

Bu ilun mayında Fransada keçiriləcək prezident seçkilərinə namizəd olan E.Macron iddia edir ki, Paris və Berlin pul birliyini dəstəkləmədikləri halda növbəti 10 ildə avronun taleyi sual altına düşəcək.

"Böyük islahatlar həyata keçirmədən avronu uzun müddət qoruyub saxlamağımız mümkün deyil. Kollektiv şəkildə bunu anlamağımızın vaxtı çatıb. Avro Avropaya ABŞ dolları qarşısında suverenlik verə bilmədi", - deyə, o, fikirlərini ifadə edib.

İqtisadiyyat   Baxılıb: 3452   Tarix: 11 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az