Azərbaycanda dərmanların "qara bazar"ı formalaşır

Azərbaycanda dərmanların "qara bazar"ı formalaşırÖlkədə ciddi bahalaşma gözlənilir. Daha çox ərzaq mallarının qiymətinin bahalaşacağı bildirilir. Həmçinin dərman preparatlarının qiymətinin də kəskin şəkildə artacağı ehtimal edilir. Hətta, ən çox işlənən dərmanlar apteklərdə tapılmır. Artıq bazar-dükanlarda, marketlərdə bahalaşma müşahidə olunur. Ekspertlər isə qarşıda da növbəti bahalaşma dalğasının ola biləcəyini narahatlıqla vurğulayırlar.

İqtisadçı-ekspert Qubad İbadoğlu ölkədə bütün məhsulların bahalaşmasına təsir edən faktorları açıqlayıb.

Onun sözlərinə görə, hazırda bahalaşmaya təsir edən bir neçə faktorlar var:

"Onların sırasında öndə mövsümi amillər gəlir. Mövsümi amillərin təsiri ilə hər il ənənəvi olaraq kənd təsərrüfatı məhsulları, meyvə, tərəvəz, eyni zamanda digər məhsulların qiymətində olur, bu da davam edəcək. Yəqin ki, yalnız qış aylarında deyil, yazın əvvəlində də bahalıq müşahidə olunacaq. İkinci faktor manatın devalvasiyasından qaynaqlanan bahalaşmadır.

Çünki manat dəyər itirdikcə, idxal mallarının qiymətinin daxili bazarda bahalaşmasını müşahidə edəcəyik. Çünki ölkə bazarında tələbat mallarının bir hissəsi idxal hesabına təmin olunur və bu idxal mallarının siyahısında özümüzün də gündəlik istifadə etdiyimiz ərzaq məhsulları var. Ət və ət məhsulları, süd məhsulları, digər bu tip məhsullar var, o cümlədən un və un məmulatları var, bu tip idxal mallarının bahalaşması gözləniləndir və bu, davamlı şəkildə müşahidə olunacaq".

Q.İbadoğlunun sözlərinə görə, üçüncü faktor qiymətlərin bahalaşmasına Tarif Şurasının təsiridir: "Tarif Şurasının qərarından qaynaqlanan bahalaşma da var. Çünki ötən aydan təbii qazın və işığın qiymətinin bahalaşması artıq öz təsirini göstərir. Əhali qrupu üzrə istehlakçılar ötən aydan elektrik enerjisinin, bu aydan da qazın qiymətinin bahalaşmasını ciddi şəkildə müşahidə edəcəklər.

Həm qazın, həm elektrik enerjisinin yanacaq kimi istehsal olunan məhsulların maya dəyərində də xərci kifayət qədər yüksəkdir. Bu yanacaq həmçinin ayrı-ayrı xidmətlərdə və yaxud da istehsalda, hətta tədavüldə də qiymətə təsir edəcək.

Tutaq ki, supermarketlər özləri istifadə etdikləri soyuduculardan tutmuş, kassada avtomatlaşdırılmış əməliyyatlara kimi hamısı elektrik enerjisi sərfinin artımına gətirib çıxaracaq.

Təbii ki, bu, son nəticədə ticarət əlavəsinin bahalaşmasına və təklif olunan məhsulların qiymətinin artımına gətirib çıxaracaq. Və yaxud digər sektorlarda, çörəkbişirmə və digər sahələrdə də elektrik enerjisinin sərfinin artması, istehlakın çoxalması məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək".

Həmsöhbətimiz qeyd edib ki, qiymət artımına məruz qalacaq sahələrdən biri də dərman və dərman preparatlarıdır: "Son zamanlar bir sıra dərmanların qiyməti artıb, hətta bir çox dərman preparatlarının əldə olunması çətinləşib. Çox işlənən dərmanların qıtlığı yaranıb.

Digərləri də orta hesabla iki dəfə bahalaşıb. Artıq Azərbaycanda dərmanların da "qara bazarı" formalaşır. Qeyd edim ki, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir.

Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır.

Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılıb, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni "qara bazar"ı formalaşıb.

Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin, pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb.

Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtı ilə 50 manata olan Albumin hazırda 110 manata, 12 manata olan Paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir.

Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə, bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsinə daxil olması müşahidə olunacaq.

Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman preparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki, dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əczaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər".

Ekspertin fikrincə, gözlənilən qiymət artımları da var: "Bu da Tarif Şurasının növbəti qərarları ilə bağlıdır. Bu, kommunal sektorda və digər sahələrdə qiymət artımının davam edəcəyini ehtimal etməyə əsas verir.

Bahalaşma gözləniləndir. Düşünürəm ki, yaxın zamanlarda belə qərarlarla da üzləşəcəyik. Mənim gözləntilərim daha çox ərzaq məhsullarının bahalaşacağından ibarətdir. Qeyri-ərzaq məhsullarının isə qiymətinin ucuzlaşmasını görə bilərik. Söhbət geyimdən, müəyyən dəbdəbəli mallardan, mebel satışından gedir. Bu kimi sahələrdə qiymətlərin ucuzlaşması mümkündür".

mənbə: musavat


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 699   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021