Prezidentdən kəndlilər üçün xoş xəbər- Bu il gəlirləriniz artacaq

Prezidentdən kəndlilər üçün xoş xəbər- Bu il gəlirləriniz artacaqYanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda ölkə iqtisadiyyatının 2016-cı il üzrə inkişafını əks etdirən rəqəmlər səsləndirilib.

Qeyri-neft sektoru və kənd təsərrüfatı
Ölkədə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artıb.
Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilib və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artıb. Hazırda 27 rayonda pambıqçılıq inkişaf edir. Bu il təxminən 200 min tondan da çox pambıq tədarükü gözlənilir. 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilib. 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır. 2019-cu ildə 1300 ton barama istehsalı gözlənilir. Keçən il 13 min hektarda fındıq bağları salınıb. Fındıq bağlarının sahəsi təxminən 30 min hektara çatdırılıb.
İnvestisiyalar
Məlum olub ki, ötən il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bunun 8 milyard dollarını xarici sərmayələr, 3,7 milyard dollarını daxili yatırımlar təşkil edib.
Neft fondunun gəlirləri
Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşmüşdür. Bununla belə Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb.
Sosial və turizm layihələri
Sosial infrastruktur layihələri çərçivəsində 485 məktəb təmir edilib, 29 yeni məktəb tikilib, 41 xəstəxana tikilib və ya təmir edilib. Bununla bərabər, ölkədə 35 mehmanxana inşa olunub. Daha 25 mehmanxana tikilməkdədir.
Strateji layihələr
"Cənub Qaz Dəhlizi" və "Şahdəniz-2" layihələrinin icrası ilə bağlı bütün lazımi addımlar atılıb. "Şahdəniz-2" layihəsi üzrə işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və "Cənub" qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir.

Mənbə: publika

Sosial   Baxılıb: 1170   Tarix: 11 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az