Bakıda faciə: Ata özünü asdı- övladının ad günündə

Bakıda faciə: Ata özünü asdı- övladının ad günündəBakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb.

"Qafqazinfo"nun report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Süleymanov Azər Əkbər oğlu yanvarın 9-u səhər saat 09:00-da evdən çıxıb və geri qayıtmayıb. Ailəsi bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib. Polis onu itkin düşmüş şəxs kimi qeydiyyata alıb və axtarışına başlayıb. Araşdırmalar zamanı A.Süleymanovun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə asılmış meyiti aşkarlanıb.

Qeyd edək ki, A.Süleymanov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahdan bir övladı var. Hadisə baş verən gün A.Süleymanovun övladının ad günü olub. Amma ata övladının ad günü mərasiminə qatılmayıb. Daha sonra isə həyat yoldaşı Günay Süleymanovun telefon zənglərinə cavab verməyib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hadisə   Baxılıb: 2042   Tarix: 12 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda faciə

12 yanvar

vipemlak.az