Şəmkirdəki direktorla laborant arasındakı intim qalmaqalına - RƏSMİ MÜNASİBƏT

Şəmkirdəki direktorla laborant arasındakı intim qalmaqalına - RƏSMİ MÜNASİBƏTŞəmkirin Müşfiq Süleymanov adına Seyfəli kənd orta məktəbində baş verən qalmaqalla bağlı araşdırmanın nəticəsi günorta saatlarında ictimaiyyətə açıqlanacaq.

Təhsil Nazirliyinin Şəmkir rayonunda ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov deyib. O qeyd edib ki, direktor və xanımla bağlı hazırda məktəbdə araşdırma aparılır.

"Təhsil şöbəsindən və nazirlikdən rəsmi şəxslər məktəbə gediblər və onlar sorğu-sual edilir. Faktlar araşdırılır. Direktor və xanım özlərini müdafiə etmək üçün çox söz deyə bilərlər. Lakin faktlar araşdırıldıqdan sona hər şey bəlli olacaq".

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir. Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğu üçün işdən uzaqlaşdırıldığını bildirib.

Mənbə: azvision.az

Sosial   Baxılıb: 3787   Tarix: 12 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az