Manat "dib"i görəcək

Manat "dib"i görəcəkXəbər verdiyimiz kimi, Mərkəzi Bank (MB) valyuta mübadilə məzənnəsinin təyin olunması zamanı banklara qoyulan 4 faizlik marjanı aradan qaldırmaqla bağlı qərar verib. Eyni zamanda valyuta hərraclarının keçirilmə prinsiplərində də dəyişikliklər edilib. Bundan sonra hərraclar həftədə iki dəfə deyil, üç dəfə keçiriləcək.

Bununla MB manatın tam üzən məzənnə rejiminə keçidini təmin etməyə çalışır. Başqa sözlə, bundan sonra dolların məzənnəsini MB və banklar deyil, birbaşa bazar özü tənzimləyəcək. Bu zaman nələr gözlənilir?

Suallarımızı cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildrib ki, MB valyuta satışı zaman müəyyənləşdirilən 4 faizlik marjı ləğv edərsə, Azərbaycanda liberal üzən məzənnəyə keçiləcək.

"Amma Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq, manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq. Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər".
İqtisadçı qeyd edib ki, yanvar ayında idxala tələbat azaldığından xarici valyutaya tələbat da azalıb. Ona görə də 2017-ci ilin yanvar-fevral aylarında dolların məzənnəsini sabit saxlamaq mümkün olacaq.
"Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik".
V.Bayramov yaz aylarından başlayaraq dollara tələbatın artacağını bildirib: "Hələki bazarda dollara tələbat o qədər də çox deyil. Mərkəzi Bank son hərracda 300 milyon dollar satmaqla hələlik tələbatı ödəyə bilib. Ancaq bu tendensiya uzun sürməyə bilər. Yaz aylarında bazarda dollara tələbat artacaq. Bu zaman bazarda öz qymətini alacaq manat "dib"i – yəni ən aşağı qiymətin görəcək. Ancaq düşünürəm ki, Mərkəzi Bank əlindəki imkanlardan yararlanaraq manatın 2 dollardan baha olmamasına çalışacaq".
Ekspertin sözlərinə görə, ölkədə dollara tələbat aylar üzrə fərqli olsa da orta aylıq tələb təxminən 800 milyon dollardır. MB valyuta hərraclarının sayını artırmaq və Neft Fondundan transferlər hesabına həmin tələbatı ödəməyə çalışacaq.
"Marjanın ləğvindən sonra Mərkəzi Bank əksdollarlaşma siyasətini həyata keçirməlidir. Bu yolla manatın məzənnəsini nisbətən sabit saxlamamq mümkün olar. Eyni zamanda ölkədə potensial investorların manatla sərmayə yatırmalarını stimullaşdırmaq lazımdır. Bu zaman əmlak, inşaat, xidmət sektorunda canlanma yaranacaq".

mənbə: fins.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3193   Tarix: 12 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Sosioloji Tədqiqatlar Mərkəzi "exit poll"un nəticələrini açıqlayıb: İlham Əliyev liderdir

Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı "exit poll"un nəticələrini açıqlayıb. -ın məlumatına görə, mərkəzin direktoru Natalya İsayeva bildirib ki, 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində "exit poll" keçirilib:. "Exi

7 fevral
.

77 yaşlı Valeh Ələsgərov vəzifəsindən gedir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" 2018-ci ilin sentyabrında imzaladığı Fərmana dəyişiklik edib. Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməs

31 yanvar
.

Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib. O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır. P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağını

27 yanvar
.

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək?

Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir. Dövlət Statistik

4 fevral
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Ələt azad iqtisadi zonasının inkişafı ilə bağlı yaradılan İşçi qrupun tərkibində dəyişiklik edildi

"Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb. Sərəncama əsasən, Ələ

27 yanvar
.

Zədələnmiş pullar nə vaxt yararsız hesab olunur? - VİDEO

Nağd alış-veriş etdikdən və ya bankomatdan pul çıxardıqdan sonra zədələnmiş pulla qarşılaşa bilərik. Belə hallar ilə üzləşdikdə biz bu zədələnmiş əskinasdan nağd alışlar üçün istifadə etməyi düşünürük. Lakin əksər alış-veriş məntəqələri, supermaketlər məhsul ödənişi zamanı zədələnmiş yaxud cırılmış pullar

31 yanvar