"Qara bazar" yoxa çıxacaq

"Qara bazar" yoxa çıxacaqMərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjanı ləğv etməsi ilə "qara bazar" yoxa çıxacaq.

Sonxeber.az bildirir ki, bu fikirləri BakiPost.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hazırda "qara bazar"da olan məzənnənin rəsmiləşməsi prosesi gedir: "Əslində marjanın olması "qara bazar"ın yaranmasında ciddi rol oynamışdı. Banklar əllərində olan valyuta ehtiyatlarını "qara bazar" vasitəsi ilə daha baha sataraq çox gəlir əldə etmək istəyirlər. "Qara bazar"ın yaranma səbəblərindən biri də bu idi. Əgər "qara bazar"da olan məzənnə rəsmi bankların rəsmi satış məzənnəsinə çevriləcəksə, bu zaman təbii ki, "qara bazar"getdikcə sıradan çıxacaq. Amma burada yeganə hal həcm məsələsidir. Banklar satışı tam həcmdə bərpa edəcəksə, ümumiyyətlə "qara bazar" ləğv olunacaq. Bununla da bu bazar sıradan çıxacaq. Yox əgər bankların dollar satışında hər hansı bir məhdudiyyətlər olacaqsa, həcmə görə yenidən "qara bazar"ın fəaliyyət göstərməsi ehtimalı yüksəkdir. Burada banklarda satılan məzənnədən daha yüksək məzənnə ilə çox böyük həcmdə valyuta satışları keçirilə bilər".

Natiq Cəfərli bildirib ki, sadə vətəndaşın gündəlik ödənişlərini etmək, övladının xaricdəki ödəniş haqlarını ödəmək və ya xarici səfərlərə gedərkən əlində nağd dollar aparmaq kimi məqsədləri üçün artıq banklarda valyuta satışı həyata keçiriləcək.

İqtisadçı qeyd edib ki, bundan sonra xırda satışlar artıq "qara bazar" vasitəsi ilə olmayacaq: ""Qara bazar" indiki verilən qərardan sonra tam ləğv olunacaq. Əgər həcm də bərpa olunsa, istənilən qədər dollar verilsə və ya hər kəsə valyuta satmaq mümkün olsa, ümumiyyətlə "qara bazar" sıradan çıxacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1708   Tarix: 12 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021