"Polis rəisi məni işə düzəldib" - Öldüyü deyilən futbolçu danışdı

"Polis rəisi məni işə düzəldib" - Öldüyü deyilən futbolçu danışdıDünən mətbuatda ölüm xəbəri yayılan Azərbaycan milli komandasının sabiq futbolçusu Faiq Cabbarov açıqlama verib.

Sonxeber.az bildirir ki, qafqazinfo-ya danışan eks-oyunçu bir neçə gündür yoxa çıxmasına da aydınlıq gətirib.

O bildirib ki, ölüm xəbərinin yayılması əslində işinə yarayıb:

"Meyitimi görmədən necə öldü deyiblər, anlamıram. Amma bu, mənim işimə yaradı. Hamı indi itirib-axtarır. Gərək "öləndən" sonra axtaraydılar? Mənim ürəyim həmişə futbolla döyünüb. Amma orda mənə yer olmadı".

Cabbarov haqqında deyilən "içki düşkündür" iddialarına da cavab verib:

"Bilirsiz də, mən Azərbaycan millisində oynamışam. Dünyanın ən güclü hücumçuları – Erik Kontanaya, Yarı Litmanenə qarşı çıxış etmişəm. Mən həmin matçlara da içkili çıxırdım. Amma onda heç kim demirdi ki, Faiq "alkaş"dır. Nə vaxt mənim pulum bitdi, işsiz qaldım dedilər, içki düşkünüdür. Düzdür, mən içirəm, amma əlimə butulka alıb bomj kimi araq içmirəm. Dostlarımla yeyib-içirəm. 10 gün bundan əvvələ qədər işsiz idim. Amma sağ olsun burda bir polis rəisi var. O, məni öz təsərrüfatlarının birində işin başına qoyub. Ona təşəkkür edirəm. Yenə deyirəm ki, ürəyim futbolla döyünür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1703   Tarix: 13 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının illər əvvəl argentinalı ulduz Lionel Messi ilə çəkdirdiyi şəkil sosial şəbəkələrdə paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, millimizin üzvünün bu fotosu maraqla qarşılanıb. Qeyd edək ki, Musa Qurbanlı hazırda İsveçi

18 aprel
.

Əfsanəvi futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb

18 aprel
.

Azərbaycanda federasiyanın sabiq baş məşqçisi vəfat etdi

1983-85-ci illərdə "Araz" futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib. Bu barədə "Araz-Naxçıvan"ın Mətbuat Xidməti məlumat yayıb. Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib. Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıva

24 aprel
.

AFFA "Neftçi"nin istəyini rədd etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətin təmin etməyib. "Qafqazinfo" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarş

26 aprel
.

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, müsahibəsində xüsusən İspaniyadak

25 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel