Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO

Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO"5-də 5" verilişində müğənni Nadir Qafarzadə və toy sahibi arasında qalmaqal yaşanıb.

İfaçı bildirib ki, rayonlardan birində toya gedib və toyda iştirak saatını ev sahibi ilə 13:00-dan 19:00-dək razılaşıblar. Ancaq saat 19:00-da ev sahibi ondan daha iki saat məclisi yola verməyi xahiş edib. Lakin Nadir həm özünün, həm də musiqiçilərinin yorulduğunu söyləyib. Toy sahibi efirə bağlanaraq Nadirin yalan danışdığını deyib, sonra tərəflər arasında mübahisə olub, gərginlik artmağa başlayıb.

Milli.Az bildirir ki, qalmaqaldan sonra Vaqif Süleymanov qafqazinfo ilə əlaqə saxlayıb, məsələyə bir daha aydınlıq gətirib.

Toy sahibi bildirib ki, müğənniyə məclisi idarə etmək üçün 14 min manat ödəyib:

"Toy sahibi mənəm. Reklamarası Zaurla danışdığım üçün canlı efirdə olduğumu bilmədim, əsəbi idim, bu səbəbdən fikrimi tam izah etmədim. Biz toydan bir ay qabaq danışdıq, toyda iştirak üçün 12 min manat istədi. Prodüseri Bəşirlə razılaşdıq. Dedi ki, Bakıdakı toylarda 10 min manata iştirak edirik, amma rayonlara qiymət dəyişir, 12 min manata qatılarıq. Bu söhbətdə prodüser Tolik də olub. Toy hazırlıqlarına başladım, gördüm ki, toy iki hissəli olmalıdır. Yəni, 19:00-a qədər toyu danışmağım düz olmayıb. Bəşirə zəng vurdum, dedim ki, toy 22:00-a kimi uzanacaq.

Düzdür, tərəddüd etdilər, amma məsələyə Tolik qarışdı. Daha sonra mənə zəng vurdular ki, 2 min manat da artırın. Mən də razılaşdım. Toydan əvvəl iki min beh, məclisdən sonra isə 12 min manat ödədim. Yəni, Nadir Qafarzadəyə 14 min AZN ödəmişəm. Bu formada danışıqdan sonra saat 19:00-da Nadir toyu saxladı. Zalda 700-800 olmağına baxmayaraq dedi ki, biz belə danışmışıq, gedirik. Toyda əsəbiləşdim, dedim işimi pozma, əlavə pul deyirsənsə, verim.

O da dedi ki, mənim pulum çoxdu, istəmirəm. Orada anormal hərəkətlər etməyə başladı. "Ay öldüm, ay vəfat etdim" və s. dedi. Təklif etdim ki, sən oxuma, musiqiçilər davam etsin. Söylədi ki, musiqiçilər yorulub. Başa düşdüm, söylədim ki, "fonoqrama" oxu, məclisi yola ver. Dedi yox! Mənim də çıxış yolum qalmadı, əmr formasında dedim ki, get sən işinlə məşğul ol, musiqiçilər işləsin. Sonda söylədim ki, 2 min behdən sonra 12 mini musiqiçilərə halal, Nadir sənə haram edirəm.

Sözümdən sonra başqa kanallarda səviyyəsiz söhbət etməyə başladı. İndi bütün bölgə məni qınayır. Deyirlər ki, bu səviyyəsizi niyə toyuna çağırmısan? Dediklərimə Tolik də şahiddir, işin içində az-çox olub. Mənim bölgəmdə quzu otaran bir kənd uşağının səsi ondan yaxşıdır. Toyu olan oğlum dedi ki, Nurini çağıraq, alınmadı. Məcbur oğlum Nadiri dedi, qəlbini qırmadım və böyük səhv etdim. Mən məsələyə geniş aydınlıq gətirmək istədim".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2886   Tarix: 16 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021