Lənkəranskinin mirası uğrunda qanlı mübarizə başladı - 3 oğru, 2 cəsəd

Lənkəranskinin mirası uğrunda qanlı mübarizə başladı - 3 oğru, 2 cəsədTürkiyə hakimiyyəti Rövşən Canıyevin (Rövşən Lənkəranski) "sağ əli" hesab olunan "qanuni oğru" Hacıbaba Talıbxanlını (Hacı Beyləqanski) həbsxanadan buraxıb.
Bu haqda "Rosbalt" agentliyi özünün etibarlı mənbələrinə istinadən bildirib.
O, "kriminal general" Əlibala Həmidovun (Qoca Bakinski) qətlində iştirakda şübhəli bilinirdi. Ancaq bunu sübut edəcək dəlilləri toplamaq mümkün olmayıb. Onun dərhal Rövşən Lənkəranskinin Türkiyədəki "mirası" uğrunda mübarizəyə başladığı bildirilir.
Hacıbala Talıbxanlı Rövşən Canıyevin ən yaxın tərəfdarı idi. Canıyevə sui-qəsd dəqiqəsində isə onunla birlikdə idi. Hücumu zamanı Hacının avtomobilini Lənkəranskinin avtomobili izləyirdi. Qatillərin atəşi Rövşəni ölümcül yaralasa da, Talıbxanlı zərər çəkməyib.
"Rosbalt"ın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Hacı Azərbaycana gətirilən mərhumun bədənini müşayiət edirdi. Lakin o, gözlənilmədən iki başqa qanqsterlə birlikdə aeroportda türk polisi tərəfindən saxlanılır. Polis bəyan etdi ki, onlar 2013-cü ildə "qanuni oğru" Əlibala Həmidovun qətlində şübhəli bilinirlər.
Əvvəllər Qoca Bakinski və Rövşən Lənkəranski yaxın dost idilər. Sonradan onların yolları ayrıldı. Qoca Aslan Usoyanın (Ded Xasan) qruplaşmasını dəstəkləməyə başladı. Ded Xasan isə Canıyevlə "müharibə" vəziyyətində idi. Beləliklə keçmiş dostlar ən qəddar düşmənlərə çevrildilər. Həmidov 2012-ci ildə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilir. Azadlığa çıxandan sonra isə Yunanıstana gedir. Bir müddətdən sonra yenidən İstanbula qayıdır. Burada isə qatillərin hədəfi olur. Onu əvvəlcə döyürlər, daha sonra güllələyirlər. Güya ölümdən əvvəl o, Rövşənin adını pıçıldamağa vaxt tapıb.
Cinayəti araşdıran türk polisləri aydınlaşdırdılar ki, qətlə həqiqətən də Lənkəranskinin yaxın ətrafındakı şəxslər cəlb oluna bilər. Bundan başqa, informasiya yayıldı ki, Qocanı Hacı Beyləqanski güllələyə bilərdi. Hacı və Lənkəranskinin yaxın ətrafından bir neçə insan həbs olundu. "Rosbaltın" məlumatına görə, saxlanmış şəxslərdən biri etiraf edib ki, Həmidovu Hacı deyil, məhz o güllələyib. Talıbxanlının xeyrinə verilən ifadələr onun həbsxanadan buraxılması üçün kifayət etdi.
Agentliyin həmsöhbəti söyləyib ki, Hacı azadlığa çıxandan dərhal sonra "qanuni oğru" Hüseyn Əhmədovun (Kor Hüseyn) qruplaşmasına yaxınlaşıb. Kor Hüseyn son illər Rövşənlə yaxın idi və sui-qəsdə məruz qalmasından sonra onun Türkiyədəki aktivlərinə öz iddiası elan etdi. O, biznesmenlərə baş çəkməyə və Rövşənin varisi olduğunu elan etməyə başladı.
Canıyevin Türkiyədəki aktivləri üçün mübarizə hələ ki qansız keçir. Üç "qanuni oğru" - Lotu Quli, Rəşid və Vaqif Lənkəranskinin aktivlərini qansız bölüb. Onlar hələ ki sakitcə bir yerdə yaşayırlar. Amma tədqiqatçılar hesab edirlər ki, belə vəziyyət uzun müddət davam etməyəcək. Bir sıra "qanuni oğru" Rövşənin mirasının bölüşdürülməsindən məmnun qalmayıb.
Daha sərt döyüş Lənkəranskinin Hollandiyadakı aktivləri üçün başlanıb. Onlar üçün hazırda çeçen "qanuni oğru"ları olan Həmzət Qastamirov (Şeyx Xamzat) və Abu Davtayev (Abu) mübarizə aparır. Birinciyə artıq sui-qəsd cəhdi edilib və fəal şəkildə cavab hərəkətlərinə hazırlaşmağa başlayıb.

Mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4462   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel