Diqqət: Bu əlamətlər varsa, baş beyin xərçəngi...

Diqqət: Bu əlamətlər varsa, baş beyin xərçəngi...İnsanların əksəriyyəti baş ağrısı ilə üzləşir. Bu ən tez-tez təsadüf edilən simptomdur.

Baş ağrısının səbəbləri çoxdur - gərginlik, arterial hipertenziya (hipertoniya), miqren, boyun osteoxondrozu, bəzi göz xəstəlikləri, haymorit, travma, bəzi dərmanların qəbulu və s.
Baş ağrısının ən təhlükəli səbəbi bədxassəli şişlərdir. Beyin xərçəngi zamanı baş ağrısı əsas simptomdur. Beyin xərçəngi zamanı baş ağrısının müəyyən xüsusiyyətləri var:
- ağrı xronikidir
- güclüdür
- sıxıcı xarakter daşıyır
- adi ağrısızlaşdıran preparatlar bu ağrıya təsir etmir
- ağrı fiziki gərginlik zamanı (fizki iş, idman, öskürək və s.) artır
- ağrı gecənin ikinci yarısında və səhərə yaxın daha güclü olur. İnsan yuxudan durandan sonra baş ağrısı 2-3 saat ərzində azalır.
Qusma da beyin xərçənginin əsas simptomlarından biri sayılır. Qusma daha tez-tez səhər acqarına olur, qida qəbulu ilə bağlı olmur və xəstəyə rahatlıq gətirmir.
Qıcolma (epilepsiya) tutmaları xəstəliyin ilk simptomu kimi əmələ gələ bilər. Buna mütləq ciddi fikir vermək lazımdır. Əgər belə tutmalar qəfildən insanın 20 yaşından sonra əmələ gələrsə, bu çox təhlükəli simptomdur.
Beyin xərçənginin simptomlarından biri də başgicəllənməsi sayılır. Bu simptom daha gec inkişaf edir.
Xəstədə görmə problemləri yaranır - gözlər dumanlanır, görmə zəifləyir. Bu xüsusilə səhərlər baş verir.
Xəstəlik inkişaf etdikcə xəstədə yaddaşın, təfəkkürün, nitqin pozulması kimi simptomlar əmələ gəlir, insanın xasiyyəti dəyişilə bilər.
Beyin xərçənginin əmələ gəlmə səbəbləri tibdə məlum deyil. Müalicənin uğurlu olub-olmaması xəstəliyin mərhələsindən, şişin yerləşməsindən, xəstənin yaşından və s. amillərdən asılıdır.
Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır./saglamolun.az/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4233   Tarix: 19 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20 mart
.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur, narahatlıq yaradır. Burun axıntısı və tıxanma ilə ortaya çıxan bir çox şikayətlər

14 aprel
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24 mart
.

Argentinada ölkənin yeganə xəbər agentliyi bağlanır

Argentinanın yeganə dövlət xəbər agentliyi "Telam" ölkə prezidenti Xavyer Mileyin təşəbbüsü ilə bağlanır. Bu barədə dövlət başçısı parlamentin iclasının açılışında bildirib. Mileyin sözlərinə görə, agentlik onun siyasi rəqiblərinin ideyalarının təbliği ilə məşğul olub. "Son onilliklərd

2 mart
.

Təhlükəli xəstəliyin yeni ştammı aşkar edildi: Pandemiyaya səbəb ola bilər

Konqo Demokratik Respublikasında kanadalı tədqiqatçılar "pandemiya potensialına" malik olan və buna görə də dünya üçün təhlükə yaradan yeni "meymun çiçəyi" ştammını aşkar ediblər. -ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər indi virusla bağlı məlumatları nəzərdən keçirirlə

21 aprel
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel