Sərkisyan QORXUDA - narazılar birləşir
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın sədrlik etdiyi "Birlik" partiyası yaxın günlərdə sabiq müdafiə naziri Seyran Ohanyanla əməkdaşlığın formatı barədə rəsmi açıqlama verəcək. Musavat.com-un məlumatına görə, bu barədə erməni jurnalistlərinə "Birlik" partiyasının sədr müavini Stepan Markaryan deyib. "Gələcəkdə bizim əməkdaşlığımız necə olacaq, tezliklə açıqlayacağıq, amma hələlik formatı müzakirə edirik"- o, bildirib. Markaryan Seyran Ohanyanın partiyasız olduğunu xatırladıb: "Ancaq biz istənilən halda qarşılıqlı əlaqələrin formatını tapacağıq".
"Birlik" partiyasının funksioneri ölkədəki digər güclərlə əməkdaşlığı da istisna etməyib. Bu sırada "Respublika", "Parlaq Ermənistan",Vətəndaş müqaviləsi" partiyalarından ibarət "Çıxış" Blokunun adını xüsusi qeyd edib. "Hələlik bu istiqamətdə intensiv danışıqlar yoxdur, ancaq biz əməkdaşlığa hər zaman hazırıq"-deyə, Markaryan bildirib. Sədr müavini onu da əlavə edib ki, hələlik yekun qərarların qəbulu üçün vaxt var.
Qeyd edək ki, S.Ohanyan aktiv siyasi fəaliyyətə başladığını və konkret hədəflərini elan etmişdi. O, bir sıra qüvvələrlə danışıqlar apardığını bildirsə də, fikrini konkretləşdirməmişdi. Ancaq ardınca erməni mətbuatı Ohanyanın 17 yanvarda "Birlik" partiyasının sədri Vardan Oskanyanla görüşdüyü haqda xəbər yaydı.
Yerli media parlament seçkilərində hakim partiyaya ciddi problemlər yaradacaq Sergey Ohanyan-Vardan Oskanyan-Raffi Hovannisyan blokunun yaranacağını istisna etmirlər. Yeri gəlmişkən, V.Oskanyan və S.Ohanyan məhz aprel savaşından sonra Sərksiyan hakimiyyətinə qarşı çıxaraq aktiv siyasi proseslərə qatılıblar. Sabiqlərin seçkiöncəsi koalisiya yaratması hakimiyyətinin ağır dövrünü yaşayan Serj Sərkisyanı çıxılmaza salıb.
Ötən il müxalifət lideri Levon Ter-Petrosyanın ayağına gedib onu müəyyən müddətdə zərərsizləşdirməyi bacaran S.Sərkisyanın qorxulu yuxusu çin olur, müxalifətin konsolidasiyası barədə hər gün yeni xəbərlər gəlir, üstəlik, Ter-Petrosyan da aktiv fəaliyyətə start verib. Müşahidəçilər hesab edir ki, Ermənistan prezidentinin iki gün əvvəl keçmiş baş prokuror Qevork Kostanyanı özünə müşavir təyin etməsi də bu çıxılmazlığın əlamətidir. Konstanyan aprel döyüşlərinin getdiyi günlərdə "səhhəti ilə əlaqədar" istefaya getmişdi. Ancaq onun yenidən komandada yer alması başqa mətləblərdən xəbər verir. Sərkisyan narazıları neytrallaşdırmaqla komandasını möhkəmləndirmək istəyir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 2539 Tarix: 20 yanvar 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏrdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ
Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin
16 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021