Azərbaycanda şok hadisə: Xəstəxanada körpələr səhv düşdü

Azərbaycanda şok hadisə: Xəstəxanada körpələr səhv düşdüBalaca Mehriban Dilarə Xəlilovanın ilk və yeganə övladıdır. Ancaq 4 aylıq Mehribanın Gəncə Müalicə Diaqnostika Mərkəzində başqa uşaqla səhv düşdüyünü deyirlər.

"Sonxeber.az" Meydan TV-nin Xəlilovlar ailəsindən hazırladığı reportajı təqdim edir:

Dilarə Xəlilova Bərdə sakinidir. O deyir ki, övladı 2016-cı ilin 16 sentyabrında Gəncə Müalicə Diaqnostika Mərkəzində qeysəriyyə əməliyyatı ilə doğulub. Körpə doğulandan 2 ay sonra Diaqnostika Mərkəzindən ona Mehribanın əslində xəstəxanada ondan bir gün öncə doğuş edən başqa birinin - Lalə Məmmədovanın qızı olduğu deyilib.

"Guya xəstəxanada qarışıqlıq olub, Lalə adlı qadının evindən mənim adım yazılmış "birka" tapılıb. Həmin "birka"nı klinikaya gətirib ki, burda mənim uşağım dəyişik düşüb. Təbii ki, mən bunlara inanmadım. Guya bu dəyişiklik sentyabrın 18-də, o, xəstəxanadan çıxan gün olub. Mən baş həkim Şamil Bədəlova zəng vurub bunun mümkün olmadığını söylədim. Şəkilləri də sübut olaraq göndərdim ki, mənim yanıma ayın 16-da hansı uşaq qoyulubsa, o uşaq da mənim evimdədir".

Klinikanın müraciətlərindən sonra Dilarə Xəlilova DNT analizi verməyə razılaşır. Analizlərin nəticələrində Mehriban Süleymanovanın Lalə Məmmədovanın qızı olduğu göstərilir. İş Lalə Məmmədovanın iddiası ilə Nəsimi rayon Məhkəməsinin icraatındadır. Dilarə Xəlilova məhkəmədən də narazıdır:

"Tələbim odur ki, ekspertiza təşkil olunsun. Mənim suallarım tam şəkildə cavabını tapsın. Kamera görüntüləri gətirsinlər. Palatada olmayıbsa da, öz gözümün şahidiyəm ki, dəhlizdə kamera var. Onunla sübut etsinlər ki, mənim evimdə olan uşaq sentyabrın 15-də orada olub. Burada 4 tibb bacısının, 2 uşaq həkiminin, ananın diqqətsizliyindən söhbət getməsi məndə şübhə doğurur. Nə oldu bunların hamısı eyni vaxtda diqqətsiz oldu?"

Dilarə Xəlilova deyir ki, xəbəri eşidəndən gündən "bu gün onunla keçirəcəyim son gündür" qorxusu ilə yaşayır, gözünə yuxu da getmir. Ananın sözlərinə görə, başqa klinikalarda DNT analizi keçirməyə çəkinir. Ona elə gəlir ki, hara gedirsə, Mərkəzi Klinikanın gözü onu izləyir. O, balaca Mehribanın bu problemdən xilasını təkcə Mehriban Əliyevada görür.
"Mehriban Əliyevadan ana kimi istəyim var, ona yalvarıram ki, bu məsələ ilə özü maraqlansın. Yəni mənim başqa heç kimə inamım qalmayıb. Bəlkə kənardan bu kiməsə adi görünür. Amma məni nəzərə alan yoxdur. Artıq mən intihar həddinə çatmışam. Bu məsələ ilə heç kim ciddi maraqlanmır. Hamı deyir ki, uşaqdır, bunu verəcəm, onu alacam. Özü də mənim ilk uşağımdır".

Gəncə Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Şamil Bədəlov bu barədə danışmaq istəmir. Səhiyyə Nazirliyinin mətbuat xidməti isə həmin mərkəzin onların tabeliyində olmadığını deyir.

Diaqnostika Mərkəzindən bildirdilər ki, müəssisə Mərkəzi Klinika ilə müqavilə bağlayıb, onların tabeliyindədir. Mərkəzi Klinikanın hüquqşünası Rzayev isə deyir ki, məhkəmə gedir, nəticə orada bəlli olacaq.

Gəncə Müalicə Diaqnostika Mərkəzinin doğuşu həyata keçirən həkimləri - Aysel Hacıyeva və Mina Qocayeva isə Meydan TV-yə deyiblər ki, bu məsələ ilə bağlı işdən çıxarılıblar.

Meydan TV iddiaçı tərəfin istəyi ilə DNT analizi aparmış ukraynalı həkim Andrei Semikhodskii ilə də əlaqə saxlayıb. Həkim analizin doğruluğunu təsdiqləyib və hesab edib ki, Lalə Məmmədovada olan uşaq onun deyil.

Məsələnin ictimailəşməsinə qarşı olan Lalə Məmmədova isə açıqlama vermək istəmədi. Mehriban Süleymanovanın əsl atası olduğu iddia edilən Tural Məmmədov da Meydan TV-yə danışmaq istəmədiyini, hazırda onlarda olan Səkinə Məmmədlinin öz qızı olduğunu söylədi. O, həyat yoldaşının qaldırdığı iddia ilə bağlı sualları da cavabsız buraxdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4673   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021