Qarabağın həllinə görə Donald Trampa böyük mükafat

Qarabağın həllinə görə Donald Trampa böyük mükafat"Washington Times" -da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sensassion məqalə dərc olunub

ABŞ prezidenti Donald Tramp Dağlıq Qarabağ münaqişəsinin həllinə görə dünyanın ən prestijli Nobel Sülh mükafatına layiq görülə bilər.

Barədə ABŞ-ın Caspian Group Holdings-in baş direktoru Rob Sobhani Washington Times qəzetində dərc olunan müəllif yazısında qeyd edir.

Müəllifin yazdığına görə, dünyanın həlli ən çətin olan münaqişələrdən biri Dağlıq Qarabağ məsələsinin nizamlanması üçün Tramp ustalığından istifadə edərək münaqişə ilə bağlı razılaşmalara nail ola bilər.

Tramp və onun komandasının Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə atacağı addımlar Rusiya prezidenti Vladimir Putinin münaqişələrin həlli üzrə dünya arenasında Birləşmiş Ştatlarla tərəfdaşlıq edib-etməyəcəyi barədə dəqiq məlumat verəcək.

Müəllifin fikrincə, Rusiya prezidenti əlində olan rıçaqlara görə münaqişənin həllində açar rolunu oynayır və bunun köməyi ilə Ermənistanı idarə edə bilir. Moskva hesab edir ki, Ermənistanın zəngin enerji resurslarını şəxsi aviadaşıyıcı gəmisi hesab edir.

Birləşmiş Ştatlar Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışan ATƏT-in Misnk qrupunun həmsədrlərindən biridir. Təəssüf ki, Vaşinqton aparıcı rolu öz üzərinə götürmək üçün Yaxın Şərq regionundakı vəziyyyətlə məşğul idi. Lakin indi Tramp Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin tapılması istiqamətində nəticələr əldə edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülhü təmin edə bilər", - Rob Sobhani məqaləsində qeyd edir.

Donald Trampın bu uğurunun bütün dünya üçün siqnal olacağını vurğulayan müəllif bildirir ki, bununla ABŞ yenidən qlobal stabilliyi dəstək verən ölkə kimi tanınacaq.

"Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Yaxın Şərq regionunda Azərbaycan Prezidenti İlham Əliyevdən daha etibarlı və inanılan tərəfdaş tapa bilməyəcək", - deyə Sobhani yazır.

Onun sözlərinə görə, Donald Trampın qarşısında duran əsas vəzifələrdən biri Vladimir Putini sülh razılaşmasının əldə olunması üçün Azərbaycanın işğal olunmuş torpaqlarından Erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına inandırmaqdır.

"İkincisi, bunun əvəzində Azərbaycan qaz kəmərlərinin Ermənistandan Avropaya keçməsinə razılıq verə bilər. Üçüncüsü, münaqişə tərəfləri Dağlıq Qarabağa yüksək statuslu müxtariyyətin verilməsi razılığına gəlməlidir. ABŞ, Rusiya və Fransa sülhməramlıları Dağlıq Qarabağa yerləşdiriləcək. Dördüncüsü, sülhə əlaqədar iki ölkə arasında infrastruktur layihələrini maliyyələşdirmək üçün yaradılmış fondun sayəsində məsələn, Bakıdan Ermənistandan keçərək Naxşıvana qatar reysini açıla bilər", - deyə müəllif yazır.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1901   Tarix: 23 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart