İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 4932 Tarix: 23 yanvar 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali
29 martUkraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk
29 mart"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama
Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d
29 martGöytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)
Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind
29 martAlimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA
Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti
29 martKüp evlər sosial medianı çalxaladı – Bu haradır?
Sosial mediada küp formasında evlərdən ibarət kiçik bir kənd insanlarda böyük maraq oyandırıb. -ın xəbərinə görə, öncə bu evlərin Türkiyənin Yozqat vilayətində olduğu deyilsə də, əslində küp evlər Gürcüstanda yerləşir. Görüntülər Gürcüstanın Telavi şəhərində yerləşən Qveyrebi otelinə aididir. Oteli
29 martSumqayıtda fəhlə işlədiyi zavodda ölüb
Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
29 mart